Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-182/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Moskviç 412” minik markalı, **- DC-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-1901/2020 saylı, 05 mart 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1190 manat ə pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədilə Xətai Rayon Məhkəməsinin 8(011)-472/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Moskviç 412” minik markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş Borclu 1.190 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsinə dair 2(011)-1901/2020 saylı, 05 mart 2020-ci il tarixli icra sənədi tələbkar tərəfin 16 fevral 2023-cü il tarixli məktubu ilə icra haqqında AR qanununun 20.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-472/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “Moskviç 412” minik markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin Xİİİ fəslində 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1901/2020 saylı, 05 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu tərəfindən borc tam şəkildə ödənildiyindən görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Belə ki, təqdimat təmin edilərək Borclu məxsus “Moskviç 412” minik markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-472/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Moskviç 412” minik markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-182/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-182/2023
06.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver