Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-182/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi - icra məmuru Xatir Məmmədovun, Tələbkar, Cavabdehlər Borclu1 və Borclu2 iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edərək Xətai rayon Məhkəməsinin 2(011)-4728/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Xatir Məmmədov ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4728/2023- 008 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədinə əsasən Borclu1 tərəfindən ünvan 1 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin və cavabdeh Borclu2 tərəfindən ünvan 2 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin dövriyyəsi bərpa edilməli, iddia tələbi qalan hissədə rədd edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənılməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədinin icraasını təmin etmək üçün xx.xx.2023-cü il tarixində və xx.xx.2024-cü il tarixlərdə ünvan 3 ünvanlarında olmuş. İcra sənədində göstərilən istilik sistemi xətlərinin dövriyyəsi borclular tərəfindən icra olunmuş, tələbkar mənzildən iki xətdin keçdiyini bildirsədə borclular isə yalnız bir xətdən ibarət olduğunu qeyd etmişdilər. Beləki icra sənədində yalnız istilik sistemi xətlərinin dövriyyəsi bərpa edilməsi nəzərdə tutulmuş tərəflər arasında bu da mübahisə predmetinə çevrilmişdir. Tərəfindən Azərİstilik Təchizat ASC-ə müraciət olunaraq, mütəxəssisin dəvət olunmasına dair xahiş olunmuş, Mütəxəsisin iştirakı ilə (X2) iştiraki ilə mənzillərə baxış keçirilmiş, mütəxəssis də mənzillərdən bir xətdin keçdiyini təsdiq, etmiş və tərəfindən video şəkili ilə qeydə alınmışdır. Belə ki icra sənədində göstərilən istilik xətlərinin bərpası dedikdə bir və ya iki xəttin keçməsinə dair qeyri-müəyyənliyin aradan qaldırılması üçün izah verilməsi zərurəti yaranmışdır. Sonda icra məmuru Xatir Məmmədov ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır, ev onun şəxsi mülkiyyətindədir, cavabdehlər Borclu1 və Borclu2 ilə eyni binada üst-üstə yerləşən mənzillərdə yaşayır, cavabdehlər qanunsuz və icazəsiz olaraq mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsi üçün bina sakinlərinin ümumi istifadəsində olan istilik xəttinin öz mənzilindən keçən hissəsini kəsərək bağlamış, bununla da onun kommunal xidmətlərdən birini, yəni istilik təchizatına çıxışdan məhrum etmişdirlər. Məhkəmənin qətnaməsi ilə cavadbehlərin üzərinə istilik xətlərinin bərpa edilməsi vəzifəsi qoyulmuşdur, icra məmuru tərəfindən icra işləri görülümüş, xətlərin bir hissəsi bərpa edilmişdir, lakin bununla belə evin yan tərəflərindən hələ də istilik almıram, istilik xətləri yan tərəfdən keçən hissədə bərpa edilməmişdir, ona görə də həmin hissələrin də bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən borclular Borclu1 və Borclu2 icra sənədində göstərilən tələbi yerinə yetirdiklərini və istilik xətlərinin bərpa etdiklərini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4728/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə izah edilməsinə dair icra məmurunun ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-4728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu1 tərəfindən ünvan 1 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin və cavabdeh Borclu2 tərəfindən ünvan 2 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin dövriyyəsi bərpa edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4728/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, icra məmurları Xatir Məmmədov və Mehdi Zeynalovun, mütəxəssis X1, Borclu1 və Tələbkar iştirakı ilə mütəxəssis mənzilə baxış keçirmiş, mənzillərdən keçən mərkəzləşdirilmiş istilik xətləri 1 (bir) boru xətti olmaqla hər otaqdan keçəcəyini bildirmiş, mənzillər üç otaqdan ibarət olduğu üçün hər otaqdan bir xətt olmaqla boru keçəcəyini qeyd etmişdir. Nəticə etibarı ilə mütəxəssin də qeyd etdiyi kimi icra sənədində göstərilən tələb borclulara elan edilmiş, xətlərin bərpası üçün iki gün vaxt verilmişdir. Beləliklə, məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, əvvəla, izah verilməsi xahiş olunan qətnamə ilə “cavabdeh Borclu1 tərəfindən ünvan 1 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin və cavabdeh Borclu2 tərəfindən ünvan 2 ünvanından keçən mərkəzləşdirilmiş istilik sistemi xətlərinin dövriyyəsinin bərpa edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməsi” nəzərdə tutulmuşdur ki, bu da icra sənədinin icrasının mümkünsüzlüyünə əsas olmamaqla, məzmun baxımından aydındır. İkincisi, icra sənədinə izah həmin icra sənədi icra edilmədən verilə bilər ki, hazırda da icra sənədi cavabdehlərdən asılı olan hissədə icra olunduğundan belə məzmunda ərizənin təmin edilməsini mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassızdır və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268 və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun “2(011)- 4728/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-182/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-182/2024
09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver