Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-184/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov – borcluya məxsus “Vaz 21061” minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C 180” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5455/2022-006 nömrəli icra sənədinə əsasən borcludan 403,80 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan “Vaz 21061” minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C 180” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə borc 433,80 manat təşkil edir. Həmçinin ümumi məbləğin 7% icra ödənişi ödənilməmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayədəsinin, tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən müddəanın mənasından da göründüyü kimi, qanun tələb edir ki, tətbiq edilən məhdudiyyət icra tədbirinə mütənasib olmalı və qətnamənin icrası məqsədlərindən həddən artıq kənara çıxmamalıdır. Başqa sözlə, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyulmalıdır. Lakin tələbkarın məhkəməyə təqdim etdiyi xx.xx.2023-cüil tarixli, 5855/3 nömrəli maliyyə arayışından müəyyən olunur ki, borclu tələkara olan borcu tam ödəmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ödənilməli olan borc məbləği borclu tərəfindən ödənildiyindən təqdimat rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin – Borclu məxsus “Vaz 21061” minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C 180” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-184/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-184/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver