Məhkəmə qərarları › İş №8(011)-185/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-185/2022

22.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-185/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu barəsində məcburi gətirmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4672/2020-002 saylı, 01.10.2020-ci il tarixli icra sənədinə əsasən borcludan 1584 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 12.01.2020-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hazırda icra sənədi üzrə borc 1614 manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Borclunun məcburi gətirilməsini əsasları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanununun 84.2 və 84.3-cü maddələri) . Göstərilən qanunvericilik normasından da göründüyü ki, icra məmuru borclunun məcburi gətirilməsi ilə məhkəməyə müraciət eədəndək müddəada göstərilən hərəkətləri etməli, daha sonra təqdimatla məhkəməyə müraciət etməlidir. Təqdimata əlavə edilən 13.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə qərar qəbul etmiş, həmin qərar icra məmurunun rəhbəri tərəfindən təsdiq edilməklə, borcluya rəsmi qaydada göndərilmiş və borclu tərəfindən 26.08.2021-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar