Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-185/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu icra yerinə məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2450/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş və bu günə olan borc 4243 manat təşkil edir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2450/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “İcra haqqında” Qanun: 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materilları ilə müəyyən olunur ki, borclunun icra sənədi üzrə borcu 4243 manat təşkil edir. Həmçinin məhkəmə nəzərə alır ki, borc məbləği yetkinlik yaşına çatmayan X1 üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməməsi ilə bağlı yaranmışdır. Göstərilən qanunvericilik normalarından da göründüyü ki, icra məmuru borclunun məcburi gətirilməsi ilə məhkəməyə müraciət edənədək qeyd edilən müddəada nəzərdə tuutlmuş hərəkətləri etməli, daha sonra təqdimatla məhkəməyə müraciət etməlidir. İş materialları ilə müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin qərarı qəbul edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, borclunun məcburi gətirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya icra məmuru tərəfindən əməl olumuş, borc məbləği isə bu günədək ödənilməmişdir. Odur ki, təqdimat təmin edilməli və Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1999-cu il tarixdə, Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu,Xıdırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-185/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-185/2025
20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver