Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-190/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4587/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə X3 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X3 məhkəməyə qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, e-2(011)-4587/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməyə əsasən, "xxxx" MMC-nin xeyrinə 986 manat tutulması qət edilmişdir. Əvvəllər ödənişlər vaxtlı vaxtında olsa da, sonradan avtoqəzaya düşərək 2 ildən artıq yataq xəstəsi olduğuna görə ödəniş etməkdə çətinlik çəkmişdir. Hazırda ağır əməliyyata ehtiyacı vardır. Təqaüdünün böyük miqdarını bank və başqa kreditlərə ödəyir. Göstərilənləri nəzərə alaraq, borclu qətnamənin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəni müdafiə etməklə yanaşı, izahatında bildirmişdir ki, o, 600 manat pensiya alır. Həmin məbləğin 300 manatı kreditlərə çıxılır. Həyat yoldaşı ağır xəstədir. Kommunal xərcləri belə çatdırıb ödəyə bilmir. Ayda 50 manat ödəmək iqtidarındadır. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 ərizəyə etiraz edərək, X5 borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, tələbkar hissə-hissə ödənişin qəbulundan imtina etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-190/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-190/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver