Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-192/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclu, İcra məmuru Tural Rəhimovun iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 16(011)-915/2023 saylı 11 avqust 2023-cü il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Alimentin tutulması 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011)-5476/2023 saylı 25 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər uşağa görə 150 manat, ümumilikdə 300 manat məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Alimentin tutulması 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd olunan hər iki icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. 01 sentyabr 2023-cü il tarixdə sözügedən icra sənədi icra olunması üçün borclunun iş yerinə göndərilmiş və onun əmək haqqından 70 faiz, yəni 228 manat tutularaq tələbkarın hesabına köçürülməkdədir. Belə olan təqdirdə hər ay borclunun 72 maant aliment borcu yaranır ki, həmin borcu da borclu könüllü ödəməkdən imtina edir. Qeyd olunan səbəblər tələbkarın haqlı şikayətinə səbəb olmaqla yanaşı Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarının da tam icra olunmasına maneə yaradır. Hal-hazırda borclunun 2024-cü ilin fevral ayına kimi 1.180 manat aliment borcu vardır və borclu qeyd olunan borcun ödənilməsini həyata keçirmir. Məhkəmə iclasında borclu təqdimata etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru Tural Rəhimov təqdimatı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən 14 avqust 2023cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 16(011)-915/2023 saylı 11 avqust 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra icra məmuru Tural Rəhimov tərəfindən 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5476/2023 saylı 25 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan arayışın surətinə əsasən müəyyən edilmişdir ki, Borclu Bakı şəhəri Xətai Rayon MKTB-nin 2 saylı MKİS-də lift bələdçisi vəzifəsində çalışır və aylıq əmək haqqı 374 manat təşkil edir. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə tələbi borclunun əmək haqqısına yönəltmişdir. Təqdimatın məzmunundan və iş materiallarından müəyyən edilir ki, borclunun əmək haqqısından 70% miqdarında tutulmanın aparılması icra sənədinin tam icra olunmasını təmin etmir. İcra edilməmiş aliment öhdəliyi borclu tərəfindən ödənilmir və 2024-cü ilin fevral ayına borclunun aliment borcu 1.180 manat təşkil edir. Yuxarıda göstərilən xüsusatlara istinadən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qətnamənin icrası üçün görülmüş bütün tədbirlər nəticə etibarilə səmərə verməmişdir. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, borclunun əmək haqqısının da alimenti ödəmək üçün kifayət etməməsini, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-192/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-192/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver