Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-194/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7052/2023-006 nömrəli icra sənədi üzrə “daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21154” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7052/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 612 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “VAZ 21154” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Hazırda icra sənədi üzrə borc 642 manat təşkil edir. Həmçinin icra sənədi üzrə tələb olunan pul vəsaitinin 7% icra ödənişi ödənilməlidir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, “VAZ 21154” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakın üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmişdir. Borclu şəxsin adına pul vəsaitlərinin olmaması müəyyən olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ 21154 ” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “VAZ 21154” minik markalı **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21154” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-194/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-194/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver