Məhkəmə qərarları › İş №8(011)-197/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-197/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-197/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Vüsal Umarov) xx.xx.2025-ci il tarixli “icraata başlamaq barədə” qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Vüsal Umarov) xx.xx.2025-ci il tarixli “icraata başlamaq barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai r-n Məhkəməsinin (hakim Aygün Həsənova) xx.xx.2023-cü il tarixli e-2(011)-4586/2023 saylı icra vərəqəsi əsasən Xətai rayon İcra şöbəsinin icra memuru Vüsal Umarov tərəfindən icraata başlamaq haqqında" xx.xx.2025-cü il tarixli qərar qəbul edilmişdirAşağıda göstərilənlərə əsasən hesab edirik ki, icraata başlamaq haqqında" qərar əsassızdır və ləğv edilməlidir.İşin hallarından müəyyən olunur ki həmin iş üzrə xx.xx.2023-cü il tarixli e-2(011)-4586/2023 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Xətai r-n Məhkəməsinin Gülxanım Hüseyqulu qızının mənə cavabdeh X5 2008-ci il tarixdə verilmiş Vəsiyyətnamənin etibarsız sayılması, qeydiyyatın ( Çıxarışın) ləğv edilməsi və iddiaçının vərəsəlik hüququnun tanınması tələbinə dair iddia tələbi təmin edilmişdir.Birinci instansiya məhkəməsinin qətnaməsi aşkar qanunsuz olduğu üçün, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G. Gəhramanovun şikayəti üzrə AR Ali Məhkməsinin MK 18 okt 2-13-cu n il tarixli qərarının AR Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" 18 iyul 2014-cu il tarxli qərarında ifadə etdiyi hüquqi mövqeyinə tamamilə zidd olduğu üçün tərəfindən yuxarı məhkəmə instansiyalarına şikayət etmişəm. Həmin qətnamə ilə həmdə üçünçü şəxslərin hüquqları pozulmuş və bu məsələ həll olunmamışdır və hazırda q\tnamənin icrası digər vərəsələrinin hüquqlarının pozulmasına səbəb olacaqdır.Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə mənim apellyasiya şikayətim təmin edilməmiş, kassasiya məhkəməsi isə həmin qətnaməni saxliamışıdır. Bu zaman kassasiya məhkəməsi yalnız bir dəyişdirilmədən məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tədbiq edilmişdir) cümləni (apellyasiya qeyd etməklə kifayətlənmişdir, mənim dəlillərimə hüquqi qiymət verməmiş, qəbul etdiyi qərarını ümumiyyətlət əsaslandırmamışdır: kassasiya məhkəməsinin əsaslandırıcı hissəsi mövcüd deyil.Kassasiya məhkəməsinin qanunsuz qərarından qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət etmişəm. Hazırda şikayət məhkmənin icraatındadır. Borclu, icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 4586/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış X3 tərəfindən X5 verilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.m. olan 4 otaqdan ibarət mənzilə verilmiş, reyestrdə 2V133 nömrəsilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin və mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçı X6 ¼ hissədə qanun üzrə vərəsəlik hüququ tanınsın. 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m., yaşayış sahəsi 27,9 kv.m., köməkçi sahəsi 31,2 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə verilmiş, reyestrdə 2V-134 nömrəsilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin və mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçı X6 ¼ hissədə qanun üzrə vərəsəlik hüququ tanınmış, iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu onun özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1018/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2419/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən 2 e- 2(011)-4586/2023 saylı iş üzrə xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilməklə iş icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)4586/2023-028 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, X2na 10 gün müddətində icra sənədinin könüllü icra edilməsi qərara alınmış, qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)4586/2023-028 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş, İcra şöbəsi (icra məmuru Vüsal Umarov) tərəfindən xx.xx.2025-ci il ildə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi hazırda qüvvədə olduğundan və onun icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan belə icranın həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən qəbul olunmuş qərar formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq çıxarıldığından və onun ləğv edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin edilə bilməz. Məhkəmə, şikayətçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, icra haqqında qanunvericiliyə uyğun olaraq bu hal icraata başlamaq haqqında qərarın ləğv edilməsi əsası kimi deyil, icraatın dayandırılması əsası kimi nəzərdə tutulmuşdur, ikincisi, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda iş üzrə icraatın dayandırılması üçün əsas olur, lakin hazırda borclu tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 17.1.8-ci maddəsinə əsasən, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq barədə” qərarının ləğv edilməsinə dair şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X1 “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Vüsal Umarov) xx.xx.2025ci il tarixli “icraata başlamaq barədə” qərarının ləğv edilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar