Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-202/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova “borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova məktubla məhkəməyə müraciət edərək, təqdimata baxılmadan iş materiallarının qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova “borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatla müraciət etdikdən sonra məktubla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2024-cü ilin fevral ayı daxil olmaqla aliment borcu ödənildiyindən təqdimata baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı olaraq təqdimatın baxılmasına ehtiyac qalmadığından təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş “borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-202/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-202/2024
04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver