Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-206/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi Tələbkar, Borclu iştirakları ilə, Ərizəçi Tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X10 ilə Borclu 1) ünsiyyət vaxtı və müddətininbazar ertəsi günü- saat 18:00-dan 20:30-a qədər, çərşənbə günü- saat 18:00-dan 20:30-a qədər, cümə günləri- saat 18:00-dan 20:30-a qədər və şənbə günləri- saat 16:00-dan 20:00-a qədər olmaqla ananın iştirakı olmadan müəyyən edilməsi və 2) ünsiyyətin "yer, forma və şəraiti" baxımından isə- ünsiyyət saatlarında Tələbkar tərəfindən onun faktiki yaşadığı ünvan 1 ünvanında xx.xx.2017-ci il təvəllüdlü X9 Borclu təhvil verməsi və ünsiyyət saatı bitdikdən sonra həmin ünvanda Borclu xx.xx.2017-ci il təvəllüdlü X9 anası Tələbkar təhvil verməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh Borclu qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 anasının yanında saxlanılmaqla onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X8 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günləri isə 16:00-dan 20:00-a qədər Borclu ilə saxlanmasına dair ünsiyyət qaydasının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Hal-hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsi ilə bağlı verilmiş icra sənədi Bakı şəhəri Nizami rayon icıa şqbəsinin icra məmuru İlkin Həsənlinin icraatındadır. Qeyd etmişdir ki, sözügedən qətnamə qəbul edilərkən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 1,5 yaşı var idi. Lakin, hazırda uşaq böyümüşdür, məktəbdə təhsil alır və qeyd olunan icra sənədində göstərilmiş ünsiyyət qaydasının, xüsusilə də uşağın mənafeyi də nəzərə alınmaqla dəyişdirilməsi zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X10 ilə Borclu ünsiyyət qaydası aşağıdakı şəkildə müəyyən edilmişdir: Hər həftənin: bazar ertəsi günü- saat 17:00-dan 19:30-a qədər çərşənbə günüsaat 17:00-dan 19:30-a qədər cümə günləri- saat 17:00-dan 19:30-a qədər, şənbə günlərisaat 16:00-dan 20:00-a qədər. Göstərildiyi kimi, sözügedən qətnamə ilə bazar ertəsi, çərşənbə və cümə günləri- 2 saat yarım, şənbə günləri isə 4 saat uşaqla ünsiyyət qaydası müəyyən edilmişdir. Lakin, hazırda icra mərhələsində o, bir sıra problemlərlə üzləşir və bu səbəbdən məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsinə zərurət yaranmışdır. Bu yerdə xüsusilə vurğulamışdır ki, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə niyyəti uşaqla ünsiyyətin hər hansı formada çətinləşdirilməsi, ünsiyyətə maneə yaratmaq və yaxud ünsiyyət saatlarını azaltmaq və.s deyil, tam əksinə ünsiyyət qaydasının uşağın hazırkı yaşı, təhsil qrafiki və digər əsaslar nəzərə alınmaqla uşiiğın mənafeyinə uyğun tənzimlənməsinin təmin edilməsinə nail olmaqdır. Belə ki, ərizəçi uşağın atası ilə ünsiyyətdə olmasına heç bir formada maneə yaratmır və buna qarşı deyil. Hazırda övladı xx.xx.2017-ci il təvəllüdlü X10 "xxxx" MMC-nin nəzdində tam orta məktəbdə təhsil alır. "xxxx" MMC-nin nəzdində tam orta məktəbin direktoru A.B.Rəfiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A/789 nömrəli Arayışdan görünür ki, X10 həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbin 1-ci sinfinin rus bölməsində təhsil alır və saat 09:00-dan saat 17:00-dək məktəbdə olmağı mütləqdir (arayış əlavə olunmuşdur). Bildirmişdir ki, sözügedən məktəb Bakı şəhəri, Bülbül prospekti, 74 ünvanında (metronun “28 May” stansiyası yaxınlığında) yerləşir (həmin məktəbdə uşağın təhsil alması müqabilində "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin surətindən də müəyyən olunur ki, uşağın saxlanılması üçün digər zəruri xərclər bir kənara, təkcə Borclu Ayaz oğlunun təhsil haqqı 5.500 manat təşkil edir və bu məbləğin ödənilməsində uşağın atası hər hansı miqdarda köməklik göstərmir (müqavilə surəti əlavə olunur, bu məsələ də ayrıca qaydada tərəfindən mübahisələndirilir) və onun övladı X3 17:00-da məktəbdən götürüb atasına təhvil verməyi və yaxud da icra məmurunun əksər hallarda tələbi əsasında icra şöbəsinə məhz saat 17:00-da gətirməyi mümkünsüz olur. Belə ki, məhkəmədə işin faktiki halları barədə aydın təəssürat yaratmaq məqsədilə bildirirmişdir ki, mövcud vəziyyət budur ki, övladının məktəblə əlaqədar saat 17:00-dək məktəbdə olmağı mütləq olduğu halda, ərizəçinin Bakı şəhəri, Bülbül prospekti, 74 ünvanından uşağı götürüb icra şöbəsinə gətirib atasına məhz 17:00-da təhvil verməyi mümkünsüz olur. Belə ki, məcburiyyət qarşısında qalaraq o, “ata ilə uşağın ünsiyyətini təmin etmək” məqsədilə özü məktəbə gedib götürüb uşağı atasına təhvil verməli olur. İcra məmuru isə belə olan halda, həm soyuq hava şəraiti, həm də göstərilən amillər nəzərə alınmaqla ünsiyyətin icra şöbəsində həyata keçirilməsini və onun uşağı icra şöbəsinə gətirməyini israrla bildirir (nəticədə o, saatlarla icra şöbəsində oturmalı olur, qətnamənin mahiyyəti isə ərizəçi ilə deyil, məhz uşaqla atanın ünsiyyət hüququnun təmin edilməsidir) və ona zəng edərək “saat 17:00-da icra şöbəsində olun, ünsiyyəti təmin edin, qətnaməni icra edin” bildirir. Ərizəçi isə uşağı məktəbdən hələ saat 17:00-da götürdüyünü, yolda olduğunu, yarım saata çatacağını bildirəndə, icra məmuru “icradan yayınırsız” kimi ifadələr işlədir. Nəticədə o, icrası hamı üçün məcburi olan məhkəmə qətnaməsinin icrasından sanki qərəzli olaraq yayınırmış kimi bir fikir, təəssürat yaranır. Halbuki, reallıq budur ki, uşağın məktəbdən saat 17:00- da çıxdığını, bu barədə arayışı icra məmuruna da təqdim etmişəm, lakin heç bir xeyri olmamışdır, ərizəçi uşağın atası ilə ünsiyyətdə olmasının qəti əleyhinə deyil, əksinə uşağın sağlam inkişafı, “mənəvi cəhətdən ata yoxluğu çəkməməsi” baxımından bunu dəstəkləyir. Nəticədə, tərəflər arasında olan nikahın pozulmasının, uşaqla ata arasında olan münasibətə hər hansı bir mənfi təsiri olmamalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02,05.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X10 ilə Borclu ünsiyyətdə olması məqsədilə- hər həftənin: bazar ertəsi günü- saat 17:00-dan 19:30-a qədər (2 saat yarım) çərşənbə günü- saat 17:00-dan 19:30-a qədər (2 saat yarım) cümə günləri- saat 17:00-dan 19:30-a qədər (2 saat yarım) şənbə günləri- saat 16:00-dan 20:00-a qədər (4 saat) müəyyən edilmiş ünsiyyət vaxtının dəyişdirilməklə aşağıdakı formada, yəni: bazar ertəsi günü- saat 18:00-dan 20:30-a qədər (2 saat yarım) çərşənbə günü- saat 18:00-dan 20:30-a qədər (2 saat yarım) cümə günlərisaat 18:00-dan 20:30-a qədər (2 saat yarım) şənbə günləri- saat 16:00-dan 20:00-a qədər (4 saat) olmaqla müəyyən edilməsini xahiş edir. Hazırkı xahişi bir daha göstərir ki, onun xahişi ünsiyyətə mane olmaq deyil, sadəcə ünsiyyət saatlarının məktəblə əlaqədar dəyişdirilməsidir (yəni sadəcə həftə içi görüşün 17:00- da deyil, 18:00-da başlamasını təmin etməkdir. Uşaqla ünsiyyətin “yer, forma və şəraiti" baxımından isə qeyd etmişdir ki, uşağın onun iştirakı olmadan atası ilə ünsiyyətdə olması, uşağın atası tərəfindən ərizəçinin yaşadığı ünvan 1 ünvanından götürülməsi və ünsiyyət vaxtı bitdikdən sonra həmin ünvanda ərizəçiyə təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəsini və vəsatətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə hazırda icraatda olmaqla, 8(011)-206/2025 saylı nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə Borclu (bundan sonra “borclu”) etirazla məhkəməyə müraciət edərək, 8(011)-206/2025 saylı iş üzrə ərizənin təmin edilməməsini xahiş etmişdir. İlk öncə onu qeyd etmişdir ki, o, qətnamənin icra üsulunun, yəni uşaqla ünsiyyət qaydasının, vaxtının, şərtlərinin, formasının dəyişdirilməsi barədə ərizəsində istər Ali Məhkəmənin Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqe, istərsə də “Uşaq hüquqları haqqında” milli və beynəlxalq qanunvericilikdə sadalanmış normalara istinad etməklə yanaşı, bunun timsalında ərizənin mahiyyəti üzrə həllinə kömək edə biləcək bütün zəruri sübutlarını məhkəməyə təqdim etmişdir. Borclunun etirazında göstərdikləri isə heç bir hüquqi əsası olmamaqla yanaşı, şablon, formal və heç bir hüquqi əsasa söykənməyən fikirlərdən ibarət “söz toplusu”dur və hesab edir ki, etirazda göstərilənlər, o cümlədən borclunun etirazına qoşma olaraq əlavə etdiyi digər sənədlər “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsinin təmin edilməməsi üçün əsas ola biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Bu baxımdan, o, borclunun etirazında göstərdiyi hər bir bəndə, qoşma olaraq ““sübut”” qismində əlavə etdiyi hər bir sənədə ayrıayrılıqda, tək-tək və borcludan fərqli olaraq hüquqi və məntiqi əsaslarla cavab verəcəkdir və aşağıdakılara əsasən hesab edir ki, borclunun etirazında göstərdikləri tamamilə absurddur, boş cəfəngiyyatdan başqa bir şey olmadığını bildirərək, qeyd etmişdir ki, ilk öncə, borclu etirazının giriş hissəsinin 3-cü abzasında qeyd edir ki, o, ünsiyyət saatının həftə içi saat 17:00-dan 19:30-dək deyil, 18:00-dan 20:30-dək olmasını xahiş etməklə, guya qətnamənin icrasını mümkünsüz hala gətirməyə çalışır. Bu yerdə borcluya sual vermək lazımdır ki, “əvvəlki qayda ilə 2 saat yarım müəyyən edilmiş ünsiyyət vaxtının yenə də 2 saat yarım olaraq müəyyən edilməsində qətnamənin icrasına maneə nə ilə təsdiq olunur?”. Əlbəttə ki, heç bir faktla. Nəticədə, o, ərizədə nə ünsiyyət saatını, nə ünsiyyət günlərini azaltmamışdır, nə də ki ünsiyyətə maneə törədə biləcək hansısa xahiş etməmişdir. Tam əksinə, sadəcə həftə içi 3 gün övladının təhsili ilə əlaqədar, həmin günlərdə ünsiyyətin 17:00-dan deyil, 18:00-dan başlamaqla yenə eyni qaydada 2 saat yarım müəyyən olunmasını xahiş etmişdir, şənbə günü məktəb olmadığı üçün isə həmin günə ərizəsində toxunmamışdır, əgər borclunun dediyi qaydada qərəzi olsaydı, ərizəsinin mahiyyəti hazırkı qaydada olmazdı. Bu fakt borclunun etirazının absurd olmasının ilk bariz sübutudur. İkincisi, borclu etirazının 1-ci bəndinin 1-ci və 3-cü abzaslarında qeyd edir ki, övladlarının təhsil aldığı "xxxx" MMC-nin nəzdində tam orta məktəbdə “X8 həftə içi icbari dərs saatları 14:00-da bitir, lakin uşaq 17:00-də məktəbdən çıxır” və bunu təsdiq edən sübut qismində “Qoşma-1; arayış” adlandırdığı arayışı elektron kabinetlə məhkəməyə təqdim edir. Sözügedən xx.xx.2025-ci il tarixdə alınmış, A/801 nömrəli "xxxx" MMC-nin nəzdində tam orta məktəbin direktoru A.B.Rəfiyev tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X8 məktəbdə icbari dərs saatları həftə içi saat 09:00-da başlayır və 14:00-da yekunlaşır. Eləcə də, həftənin yuxarıda qeyd edilən günləri saat 14:00-dan 17:00-a qədər valideynlərin istəyi ilə könüllü şəkildə uşaq məktəbdə əlavə qala bilər. Lakin, ərizəçinin ərizəsinə qoşma olaraq əlavə etdiyi "xxxx" MMC-nin nəzdində tam orta məktəbin direktoru A.B.Rəfiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A/789 nömrəli Arayışdan isə görünür ki, X10 həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbin 1-ci sinfinin rus bölməsinə təhsil alır və saat 09:00-dan saat 17:00-dək məktəbdə olmağı mütləqdir. Ərizəçi məhkəməyə sual ünvanlayaraq bildirmişdir ki, necə olur ki, ərizəçi ünsiyyət qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməklə bağlı, övladının həftə içi əlavə tədrisi ilə bağlı saat 17:00-dək məktəbdə olmağının mütləq olmasını təsdiq edən xx.xx.2025-ci il tarixli arayış alır və ərizəsinə əlavə edir, bundan sonra borclu həmin məktəbin direktoruna yaxınlaşır və bunun “məcburi” deyil də, “könüllü” xarakter daşıması ilə bağlı xx.xx.2025-ci il tarixli arayış alır? 16 gün ərzində uşağın 17:00-dək məktəbdə olmağının “məcburilikdən” “könüllülük” statusuna keçməsi hansı formada təşkil olundu? Göstərilən ziddiyyətin aydınlaşdırılması üçün aşağıdakıları qeyd etmək zəruridir: Ərizəçinin öz ərizəsinə qoşma olaraq əlavə etdiyi "xxxx" MMC-nin nəzdində tam orta məktəblə arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin surətindən də müəyyən olunur ki, Borclu Ayaz oğlunun təhsil haqqı 5.500 manat təşkil edir və bu məbləğin ödənilməsində uşağın atası hər hansı miqdarda köməklik göstərmir, həmin məbləği ərizəçi öz valideynlərinin köməkliyi ilə özü ödəyir (müqavilə surəti iş materiallarında mövcuddur). Bununla bağlı bildirmişdir ki, uşağın təhsil haqqı tam şəkildə ərizəçi tərəfindən təkbaşına ödənilir, həmin 5.500 manat təhsil haqqı- uşağın bəhs olunan saat 14:00-dək olan dərs saatı və saat 17:00-dək olan əlavə hazırlıq dərslərini əhatə edir. Məhkəmə də, bunu asanlıqla müəyyən edə bilər ki, övladını həftə içi hər gün tədris müəssisəsinin servis avtobusu səhər evdən götürür və saat 17:00-da məktəbdən götürüb digər şagirdlərlə yanaşı, övladını da yaşadığı ünvana gətirir. Üstəgəl, o, hər ay həmin servisə xidmət haqqı olaraq 180 manat pul vəsaiti ödəyir ki, zərurət olduğu təqdirdə bu barədə arayış təqdim edə bilər. Məhkəməyə əlavəbir sual ünvanlayaraq bildirmişdir ki, servis uşağı saat niyə 14:00-da deyil, digər uşaqlarla birlikdə saat 17:00-da məktəbdən götürür və yaşadığı yerə təhvil verir? Çünki uşağın təhsil-tədrisi saat 17:00-da bitir, əks halda övladı 14:00-da dərsdən çıxarsa, digər şagirdlərə münasibətdə dərslərində və məşğələlərində geri qalacaq. Borclu isə sadəcə öz şəxsi maraqlarını güdərək və buna “övladına qayğı” donu geyindirməklə, qərəzli mövqe sərgiləyərək, heç bir təhsil ödənişində, servis ödənişində iştirak etmədiyi halda, övladının təhsil qrafikini bölür, buna mane olur. Belə ki, övladının tədrisi sadəcə saat 14:00-dək olan hissədən ibarət olmuş olsaydı, ərizəçi niyə görə övladını artıq 3 saat saxlayıb, saat 17:00-dək məktəbdə qalmağına icazə versin? Bunun haqlı sual olmasını izah etmək üçün borclu bilməlidir ki, hər hansı prosessual norma və ya sənədə ehtiyac yoxdur, sadə məntiq yürütmək kifayət edir. Bunun əksi isə sadəcə borclunun şəxsi qərəzidir. Üçüncüsü, Borclu etirazının 1-ci bəndinin 2-ci abzasında qeyd edir ki, “onun iş yeri də uşağın məktəbinin yanında yerləşir, uşağın dərs günlərində o, qətnamə ilə müəyyənlənləşdirilmiş saatlarda uşağı məktəbdən özü götürmək istəyir, uşağı yaşadığı ünvana təhvil vermək istəyir”. Bu hissədə məhkəmənin diqqətinə çatdırmışdır ki, əvvəla, borclunun iş yerinin uşağın məktəbinin yanında yerləşməsi uşağı məhz iş yerinə yaxındır deyə məktəbdən həftəiçi birbaşa götürməsi üçün mütləq əsas ola bilməz, belə ki, borclu xəstələndikdə, üzürlü səbəbdən hansısa gün məktəbdən götürə bilmədikdə bəs nə olacaq? Digər yandan, borclu iş yerini dəyişərsə nə olacaq? Əlbəttə ki, borclunun həmin hissədə göstərdikləri də bir bəhanədir və qətnamənin icrasında anlaşılmazlıq yaradır. Bu mövqedən yanaşaraq, hesab edir ki, uşağın birlikdə yaşadıqları ünvandan götürülməsi və həmin ünvanda təhvil verilməsi vahid yanaşmadır və daha ağlabatandır. Bildirmişdir ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi son 5 gün ərzində borclu uşağı məktəbdən götürməmiş, bu hal özündə də təəccüb yaratmışdır, digər yandan əlavə olaraq bir daha qeyd etmişdir ki, onsuzda tərəfindən ödəniş edilməsi müqabilində servis xidməti uşağı görüş baş tutmayan günlərdə belə, həftəiçi hər gün 17:00-da məktəbdən götürüb evə gətirir. Yəni ki, uşağın borclu ilə görüşü baş tutmayacağı halda, güvənli şəkildə servislə evə çatdırılması qala-qala, borclunun əhvalına uyğun bu məsələnin tənzimlənməsi barədə göstərdikləri ağlabatan deyil, çünki servis haqqı məhz ərizəçi tərəfindən ödənilir. Əlavə olaraq qeyd etmişdir ki, borclu etirazının 2-ci bəndində isə qeyd edir ki, “ünsiyyət saatının 1 saat sonraya keçirilməsinə etiraz səbəblərindən biri də odur ki, o, uşağın üstün maraqlarını düşünür, uşaq evə vaxtında gəlməli və vaxtında yatıb səhər dərsə getməlidir”. Bu yerdə vurğulamaq lazımdır ki, borclu uşağın “üstün maraqları” dedikdə tam olaraq nəyi nəzərdə tutduğunu qeyd etməmiş, yenə də cəfəng “söz toplusu”ndan istifadə etmişdir. Belə ki, ünsiyyət saatının 1 saat sonraya keçirilməsinin bilavasitə özü “uşağın üstün marağı”na xidmət edir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, ünsiyyət saatının dəyişdirilməsinə əsas məhz uşağın təhsil-tədris məşğələləri ilə bağlıdır. Digər yandan, “üstün maraq” anlayışının nə olduğunu tam əsaslandıra bilməyən və övladının nə vaxt yuxuya gedib, nə vaxt yuxudan oyandığından xəbəri olmayan borclu, əksinə övladının marağını düşünsəydi, övladının təhsil qrafikinə mane olmazdı, nəticədə ərizəçi ərizəsində onun ünsiyyət intervalına toxunmamışdır. Digər yandan, əgər borclu həqiqətən də, uşağın yuxu saatlarını və istirahətini düşünürsə, həftə içi bazar ertəsi və çərşənbə günlərinin dəyişdirilərək, həmin günlərdə verilmiş 2 saat yarım görüş saatlarının, həftənin cümə və şənbə günləri saatlarına əlavə edilməsinə də razılıq verir, təbii ki, borclu bununla da razılaşmayacaq, çünki onun məqsədi uşağın “üstün marağı”, uşaqla daha çox zaman keçirmək deyil, sadəcə prinsipiallıqdır. Bununla da, göründüyü kimi, ərizəçi uşağın ata ilə ünsiyyətinə əngəl yaratmır, sadəcə olaraq sonuncunun etirazının həmin bəndində qeyd etdiklərinin absurd olduğunu göstərmək üçün belə bir təklif irəli sürdüm. Əks halda, ünsiyyətə mane olan şəxs belə bir təklif irəli sürməzdi. Bununla belə, ərizəçi öz xahişini müdafiə etmişdir. Borclunun ərizəçinin təklifi ilə bağlı razılığı olarsa, yalnız o halda, xahişini dəqiqləşdirə bilər ki, söhbət borclu üçün həqiqətən də dediyi qaydada uşağın yuxu rejimi ilə bağlı “üstün maraqları”ndan getsin. Dördüncüsü, borclu etirazının 3-cü bəndində isə qeyd edir ki, “həftə içi günlərdə ünsiyyət saatlarında o, oğlunu idman məşğələlərinə cəlb edir və onun təlimtərbiyəsində iştirak edir. Ünsiyyət saatları geri çəkiləcəyi halda oğlunu cəlb etdiyi idman müəssisələrinin iş qrafiki ilə uyğunsuzluq yaranacaqdır və o, həm milli həm də beynəlxalq qanunvericiliklə müəyyən edilmiş valideynlik hüquq və vəzifələrini realizə edə bilməyəcək. Onun uşağın təlim-tərbiyəsində və təhsilində iştirak etmək hüququ pozulacaqdır”. Borclu etirazının bu hissəsində isə məhkəməni aldatmağa çalışmışdır. Təxminən 1 il bundan əvvəl verilmiş bir arayışı məhkəməyə təqdim etməklə, sanki hazırda da bunun davam etdiyini göstərməyə çalışır. Belə ki, borclunun dediyindən belə çıxır ki, ünsiyyət saatlarında guya o, övladını idman məşğələsinə aparır. Borclunun həmin dəlilini təsdiq edən və qoşma olaraq əlavə etdiyi xx.xx.2024-cü il tarixli “KWF Təşkilatının Azərbaycan nümayəndəsi” tərəfindən verilmiş arayışa nəzər yetirdikdə isə, X8 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00- dan 19:00-dək karate idman növü ilə məşğul olması qeyd olunur. Hansı ki, son 6 aydır ki, övladları, ümumiyyətlə, həmin məşğələyə getmir. Bu yerdə əlavə olaraq qeyd etmək istəmişdir ki, xx.xx.2024-cü il tarixdən etibarən oğlu xx.xx.2017-ci il təvəllüdlü X10 "xxxx" Futbol Klubunda idmançı kimi qeydə alınmaqla, məşqlərdə iştirak etmişdir. Belə olan halda, Borclu qeyd etdiyi qaydada guya övladlarının cari tarixədək karate idman növü ilə məşğul olması barədə dəlili inandırıcı və ağlabatan deyildir. Belə ki, övladının hər iki idman növünə eyni anda getməsi fiziki cəhətdən də mümkün deyildir, bu sadəcə qeyd etdiyi kimi Borclu məhkəmədə yanlış təəssürat oyatmaq məqsədi ilə növbəti uğursuz cəhdidir. Əlavə olaraq, bu faktı övladı xx.xx.2017-ci il təvəllüdlü Ayaz Abbasov da təsdiq edə bilər. Digər yandan, borclu ərizəsinə digər sübut olaraq əlavə etdiyi “Mütəmadi uşağın idman və təlim-tədrisi ilə məşğul olmağı” başlıqlı fotoşəkilə nəzər yetirdikdə də həmin fotoşəkilin sonuncu dəfə məhz xx.xx.2024-cü il tarixdə çəkildiyi müəyyən olunur, digər fotoşəkillər isə ümumiyyətlə 2022-ci ilin müxtəlif aylarını əhatə edir. Ərizəçi yalnız övladının ata qayğısından məhrum olmaması üçün uşağın ata ilə ünsiyyətinə qəti şəkildə əngəl olmaq niyyətində olmadığını bildirmişdir. Ünsiyyətə də mane olmur, sadəcə həftəiçi uşağın dərsi ilə əlaqədar saat 17:00-dan ünsiyyətin saatını 18:00 kimi qeyd edəndə belə, ünsiyyətin bitmə saatı 19:30 olduğu üçün həmin saat 20:30 olaraq qeyd etmişdir. Burada borclunun dediyi qaydada hansı qərəzdən söhbət gedə bilər? Digər yandan, budur mu, borclunun “mütəmadi olaraq uşağın təhsilində iştirak etmək” anlayışı? Borclunun hansı formada uşağın təhsilində iştirak etməsi isə (təhsil haqqı ödəməsi, servis haqqı ödəməsi və.s) nəinki məhkəməyə, heç ərizəçiyə də məlum deyil. Həftə içi ünsiyyət saatı 17:00-dan 18:00-a dəyişərsə, onun hansı təhsildə iştirak etmək hüququ pozulacaqdır? Beşinçisi, borclu etirazının 4-cü bəndində isə qeyd edir ki, guya o, uşaqla atasının ünsiyyətini soyutmaq məqsədilə psixoloji təzyiqlər edir, xx.xx.2024-cü il tarixdən uşaqla ünsiyyətdə çətinliklər yaranmasının səbəbi guya ərizəçidir. Daha sonra davam edərək qeyd edir ki, “...Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi əsasında Bakı şəhər Nizami Rayon İcra Şöbəsi tərəfindən qətnamə üzrə müəyyən edilmiş ünsiyyət saatlarında oğlumun psixolojireabilitasiya mərkəzində seanslara cəlb edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Ünsiyyət saatlarının 1 saat geri çəkilməsi həmin qərarın icrasında çətinlik yaradacaqdır, çünki uşağın gec saatlarda reabilitasiyaya cəlb edilməsi mümkün olmayacaqdır. Tələbkar bunu bildiyindən və uşağın reabilitasiyaya cəlb edilməsinə mane olmağa çalışdığından qərəzli şəkildə ünsiyyət saatlarını 1 saat geriyə çəkməyə çalışır…” Bununla bağlı qeyd etmişdir ki, əvvəla, ərizəçi “qətnamənin icra üsulunun dəyişdirilməsi” ilə bağlı ərizəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə dəftərxana vasitəsilə xx.xx.2025-ci il tarixdə şəxsən təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə isə hakim təyin edilmişdir. Borclu isə həmin bənddə qeyd edir ki, ərizəçi “gələcəyə gedərək icra məmurunun xx.xx.2025-ci il tarixdə “psixolojireabilitasiya mərkəzində seanslara cəlb edilməsi” barədə qərar qəbul edəcəyini ön görərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, həmin qərarın icrasına mane olsun. Bu həm gülüncdür, həm də borclunun etirazını guya “əsaslı” etməyə çalışmaq üçün əl atdığı absurd, məntiqsiz bir cümlədir və məhkəməni növbəti dəfə aldatmağa çalışmasının bariz nümunəsidir. xx.xx.2024-cü il tarixdən uşaqla atasının görüşməməyinin və mütəxəssis dəvət edilməsi barədə icra məmurunun qərarı ilə bağlı borclunun göstərdiklərinə gəldikdə isə bildirmişdir ki, borclunun qeyd etdikləri heç də həqiqəti əks etdirmir. Düzdür, hazırkı ərizənin mahiyyəti “uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi” olsa da, ünsiyyətin hansı səbəbdən “bəzi hallarda” baş tutmaması ilə bağlı qeyd etmişdir ki, övladı xx.xx.2024-cü il tarixədək atası ilə ünsiyyətdə olmuş, ərizəçi hər hansı bir əngəl yaratmadan onların ünsiyyətdə olması üçün əlindən gələn hər şeyi etmişdir, hazırda da edir. Lakin, övladı Ayaz Abbasov bir dəfə atası ilə birlikdə nənəsigilə getdiyini, nənəsinin onu şillə ilə əsəbiləşərək vurduğunu, atasının isə ona əgər birdə borclu ilə görüşmək istəməsə, uşağı ərizəçinin yanına aparmayacağını” anasına bildirmişdir. Bundan sonra o, təbii olaraq icra məmuruna bu barədə məlumat vermiş və övladının məhz bu səbəbdən atası ilə görüşməkdən imtina etdiyini, ərizəçinin onunla fərdi qaydada söhbət apararaq onu fikrindən döndərməyə çalışdığını bildirmişdir. Bununla bağlı əlində məhkəməyə təqdim edə biləcəyi mötəbər sübut olmasa da, qeyd etmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü oğlu Ayaz Abbasov məhkəmə iclasında psixoloqun iştirakı ilə də dindirilə bilər, buna heç bir etirazı yoxdur. Bundan sonrakı mərhələdə oğlu Ayaz Abbasov atası ilə görüşmək istəməmiş, icra məmuru isə ünsiyyətin icra şöbəsində təşkil edilməsi üçün uşağı oraya aparmasını bildirmişdir. Hansı ki, ərizəçi sözügedən məsələnin, uşağın psixoloji durumu baxımından araşdırılması üçün Nizami rayon İcra Hakimiyyətinə müraciət edilməsini də bildirmiş və 9 nəfərdən ibarət komissiyanın qəbulunda da olmuşdur. Lakin, bir nəticəsi olmamış, icra məmuru ərizəçini israrla icra şöbəsinə çağırmış və uşağı gətirməsini bildirmişdir. Ərizəçi övladını icra şöbəsinə apardıqdan Ayaz Abbasov atası ilə ünsiyyətdə olmaq istəməmiş, o, otaqdan çıxmaq istədikdə isə arxasıyca qaçaraq, ərizəçinin orada oturmasını istəmişdir. Həmin ərəfədə də, Ayaz Abbasov atasını təpikləmiş, onunla görüşmək istəmədiyini bildirmişdir. Bundan sonra icra məmuru “siz uşağa təsir edirsiz” kimi ifadələr işlətmiş, ərizəçi isə “uşağa təsir edirəmsə, bəs icra şöbəsinə atası ilə ünsiyyətdə olması üçün niyə gətirim” demişdir. Sonrakı mərhələlərdə isə icra məmuru ərizəçini hər dəfə icra şöbəsinə gəlib saatlarla əyləşməyə və “baş tutmayan ünsiyyətin və ata ilə uşağın inadlaşmasının” bitməsini gözləməyə məcbur etmiş, o isə uşağın 7 yaşının olduğunu, uşağın ünsiyyətdə olub-olmamağının ərizəçi ilə əlaqəsi olmadığını, ərizəçinin icra şöbəsinə saatlarla gözləməyə borclu olmamasını, icra sənədində belə bir göstərişin olmadığını, əgər uşaq görüşmək istəmirsə və görüşmək istəyirsə, bunu psixoloq dəvət edib aydınlaşdırmağın zəruri olduğunu bildirsə də, bir xeyri olmamışdır. İndi isə, nədənsə 6 aydan sonra, məhz o, hazırkı ərizə ilə məhkəməyə müraciət etdikdən sonra qəyyumluq orqanının məktubu 2024-cü ilin sentyabr ayında verilməsinə baxmayaraq, xx.xx.2025-ci ildə mütəxəssis dəvət edilməsi barədə icra məmuru qərar qəbul etmişdir. Düzdür, psixoloqun iştirakı ilə uşağın dinlənilməsi icra sənədinin icrası qaydasında sonrakı icra mərhələsində həll olunmalı məsələdir. Beşinci olaraq, borclunun etirazının 5 və 6-cı bəndlərinə münasibətdə isə bildirmişdir ki, mövcud vəziyyət budur ki, övladının məktəblə əlaqədar saat 17:00-dək məktəbdə olmağı mütləq olduğu halda, ərizəçinin Bakı şəhəri, Bülbül prospekti, 74 ünvanından uşağı götürüb icra şöbəsinə gətirib atasına məhz 17:00-da təhvil verməyi mümkünsüz olur. Belə ki, məcburiyyət qarşısında qalaraq ərizəçi “ata ilə uşağın ünsiyyətini təmin etmək” məqsədilə əvvəl sadaladıqlarına əsasən özü məktəbə gedib götürüb uşağı atasına təhvil verməli olur. İcra məmuru isə belə olan halda ünsiyyətin icra şöbəsində həyata keçirilməsini və onun uşağı icra şöbəsinə gətirməyini israrla bildirir və ona zəng edərək “saat 17:00-da icra şöbəsində olun, ünsiyyəti təmin edin, qətnaməni icra edin” bildirir. Ərizəçi isə uşağı məktəbdən hələ saat 17:00-da götürdüyünü, yolda olduğunu, yarım saata çatacağını bildirəndə, icra məmuru “icradan yayınırsız” kimi ifadələr işlədir. Nəticədə, ərizəçi icrası hamı üçün məcburi olan məhkəmə qətnaməsinin icrasından sanki qərəzli olaraq yayınırmış kimi bir fikir, təəssürat yaranır. Halbuki, uşağın məktəbdən saat 17:00-da çıxdığını, bu barədə arayışı icra məmuruna da təqdim etmişdir lakin heç bir xeyri olmamışdır, ərizəçi uşağın atası ilə ünsiyyətdə olmasının qəti əleyhinə deyil. Qərəzli olaraq icradan yayınmağı ilə bağlı borclunun göstərdiklərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbi baxımından onun qətnamənin icrasından qərəzli yayınmağımla bağlı hər hansı bir sübut mövcud deyil. Əksinə, icra məmurunun yeni tanış olduğu xx.xx.2025-ci il tarixli qərarından da göründüyü kimi, o, uşağın ata ilə görüşdən imtina etməsi ilə bağlı mütəxəssis cəlb edilməsi barədə qərar qəbul etmişdir və bu hal, ərizəçinin qətnamənin icrasından yayınmağı kimi təfsir edilə bilməz, bu sadəcə borclu üçün belədir. Belə ki, barəsində bir dəfə belə olsun, sözügedən halla bağlı inzibati protokol tərtib edilməmişdir, çünki bütün çağırışlara vaxtında getmişdir. Əksinə, icra məmuru ərizəçiyə “tələbkar sizdən şikayət edir, hər yerə yazır, məni də başa düşün” kimi ifadələr işlətmişdir. Məhz qətnamənin icra mərhələsində bununla bağlı bir sıra anlaşılmazlıqlar yaranır və bu məsələnin tənzimlənməsi zəruridir. Borclu isə hazırkı halda, sonrakı icra mərhələsində tənzimlənməli olan ünsiyyətin baş tutubtutmaması və.s kimi mövzuları etirazına əlavə etməklə, hazırkı məsələnin mahiyyətindən kənara çıxmağa çalışır (hansı ki, həmin məsələ ilə bağlı ayrıca icra məmurununa artıq qərarı qəbul edilmişdir və hazırkı məsələyə aidiyyəti yoxdur) və bu yolverilməzdir. Tələbkar Borclu məhkəmə iclasında ərizəyə etiraz edərək, qeyd etmişdir ki, Tələbkar tələbi təmin ediləcəyi halda Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası mümkün olmayacağını, qətnamənin Tələbkar tələbinə uyğun şəkildə icrası icra vərəqəsi üzrə tələbkar olaraq onun üçün əlverişli olmadığını bildirmişdir. Həftənin bazar ertəsi, çərşənbə və cümə günləri uşaq təhsil aldığı məktəbdən saat 17:00-da çıxır. Həm uşağın təhsil aldığı məktəb, həm də onun iş yeri 28 May ərazisində yerləşir. Həmin saatlarda şəhərdəki tıxac səbəbi ilə onun 18:00-da uşağı Tələbkar təhvil almağı üçün Nizami Rayon Elşən Süleymanov küçəsinə çatmağı mümkün deyildir. Bildirmişdir ki, heç ərizəçi özü də 28 May ərazisindən uşağı Elşən Süleymanov küçəsinə 18:00-da gətirə bilmir, hər dəfə gecikir (məsələn xx.xx.2025-ci il tarixində uşaq həmin əraziyə 18:40 radələrində gəlmişdir). Ərizəçinin uşağı Nizami rayonu ərazisində saat 18:00-da təhvil verə bilməməsi və bunun nəticəsində qətnamənin icrasında ortaya çıxan çətinliklərlə bağlı tərəfindən dəfələrlə Nizami rayon İcra Şöbəsinə müraciət edilmişdir. Nizami rayon İcra Şöbəsinin icra məmuru İlkin Həsənov dəfələrlə saat 18:00-da görüş təyin etmiş, lakin ərizəçi həmin görüşlərə hər dəfə şəhərdəki tıxacları əsas gətirərək 18:00-da gəlməmiş, hər dəfə ən az 30-40 dəqiqə bəzən isə 1 saat gecikmişdir. Uşaqla cəmi 2 saat 30 dəqiqə olan görüş saatı ərizəçi tərəfindən icra edilməz vəziyyətə gətirilmişdir. Eləcə də, borclunun da tıxaclarla əlaqədar 18:00-da Nizami rayonu ərazisində olmağı mümkün deyildir. Ünsiyyətin daha gec vaxtlara çəkilməsi isə, uşağın yuxu rejimi və digər maraqlarına uyğun deyildir. Uşaqla ünsiyyət saatlarında ərizəçi AR Ailə Məcəlləsinin 58-ci maddəsi ilə nəzərdə tutulan valideynlik hüquqlarını həyata keçirir ki, ərizəçinin tələbi təmin ediləcəyi halda həmin hüquqları həyata keçirə bilməyəcəkdir. Belə ki, işin materiallarına əlavə etdiyi sübutlardan da aydın oluğu kimi o, ünsiyyət saatlarında valideyn olaraq uşağın təlim tərbiyyəsi ilə məşğul olur (borclunun son aylar qərəzli olaraq buna mane olmasına və uşağın həyatında iştirak etməyinə süni maneələr törətməsinə baxmayaraq), onun marağını, həvəsini və potensialını nəzərə olaraq idman (və digər) məşğələlərinə cəlb edir. Sözügedən müəssisələrin iş qrafiki hazırki ünsiyyət vaxtları ilə uyğunluq təşkil edir. Lakin ərizəçinin tələbi təmin ediləcəyi halda borclu sözügedən və digər valideynlik hüquqlarını real və manesiz həyata keçirə bilməyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin tələbi təmin ediləcəyi halda, valideyn olaraq uşağın sağlamlığı üçün həmin saatlarda uşağı aparacağı psixoloji-reablitasiya mərkəzinin iş qrafiki ilə də uyğunsuzluq yaranacaqdır və Nizami rayon İcra Şöbəsinin Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar icra edilə bilməyəcəkdir. Bununla da daha bir valideynlik hüququnu real və maneəsiz həyata keçirə bilməyəcəkdir. Bildirmişdir ki, uşağın məktəbdən çıxış saatı və borclu ilə ünsiyyətinin başlanma saatı uyğunluq təşkil edir. Belə ki, aydın olduğu kimi uşaq məktəbdən çıxarkən dərhal borclu ilə görüşü başlayır. Onun bir ata olaraq oğlunu öz görüş saatında birbaşa məktəbdən götürmək hüququ vardır və bu hüququnun məhdudlaşdırılması əsassızdır. Sözügedən hüququnun məhdudlaşdırılmasına qəti şəkildə etiraz edir. Əslində uşağı saat 17:00-da birbaşa təhsil aldığı müəssisədən təhvil alıb ünsiyyət bitdikdən sonra ərizəçinin yaşadığı ünvanda təhvil verməyi Hacıyeva Leyanın özü üçün də əlverişlidir, ərizəçinin onun özünə belə sərf edən icra üsulundan imtina etməsi onun qərəzini sübut edir. Çünki ərizəçinin icra üsulunun dəyişdirilməsinə dair sözügedən ərizə ilə müraciət etməsində əsl məqsədini uşaqla onun münasibətlərini zədələmək, aralarındakı qırılmaz bağları aradan qaldırmaq, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə də təsbit edilmiş “ailə birliyini” və “ailə həyatının fundamental elementini” bərpaedilməz şəkildə zədələmək təşkil edir. Ərizəçi tərəf sözügedən tələbi ilə bağlı heç bir tutarlı sübutlar təqdim etməmişdir. Bunun əksinə borclu tərəfindən, ərizəçinin tələbinin məhkəmə tərəfindən təmin ediləcəyi halda həm uşağın, həm də onun milli və beynəlxalq qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulacağı, uşaqla ünsiyyətin əlverişsiz, simvolik və formal xarakter daşıyacağını sübut edən dəlillər ortaya qoyulmuşdur. Eləcə də, Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş “...... Borclu ilə saxlanılmasına dair ünsiyyət qaydası müəyyən edilsin” ifadəsinin çıxarılması və ya başqa hüquqi nəticələrə səbəbiyyət verəcək şəkildə redaktə edilməsinə etirazını bildirmişdir. Əlavə olaraq bildirirəm ki, məhkəməyə təqdim etdiyim xx.xx.2025-ci il tarixli etirazımda qeyd edilən digər əsaslar aktuallığını saxlayır. Ərizəçinin xx.xx.2025-ci il tarixli vəsatəti ilə tanış olduğunu qeyd edir, etirazını bildirmişdir. Belə ki, ərizəçi onun tərəfindən təqdim edilən əhəmiyyətli sübutlara və faktları “söz toplusu” adlandıraraq münasibət bildirməkdən yayınmışdır. Ərizəçi hansı səbəbdən uşağı ünsiyyət vaxtında birbaşa təhsil aldığı məktəbdən təhvil almasına etiraz etdiyini qeyd etməkdən yayınmışdır. “Borclunun xəstələnəcəyi və uşağı məktəbdən götürməyə getməyəcəyi” şəklində əsaslandırması isə gülüncdür. Çünki əgər o xəstələnsə, bu barədə ərizəçiyə əvvəldən məlumat verər. Ərizəçi uşağın 1-ci sinif şagirdi olan oğlunun dərs saatlarının 09:00-dan 17:00-a qədər məcburi olduğunu iddia edir, lakin 1-ci sinif şagirdinin 8 saat icbari dərslərə cəlb edildiyi iddiası gülüncdür. Lakin uşaq həqiqətən də saat 17:00-a qədər icbari dərslərə cəlb edilsəydi belə, bu borclunun uşağı öz görüş saatlarında (17:00) birbaşa məktəbdən götürməyi üçün maneə deyildir. Ərizəçi bildirir ki, uşaq hazırda 6 aydır karate idman növü üzrə məşğələlərə getmir, lakin hansı səbəbdən uşağın həmin məşğələlərə getmədiyinə dair münasibət bildirməkdən yayınmışdır. Məhz Tələbkar qərəzli davranışları sayəsində oğlunu hazırda idmana apara bilmir. Ərizəçi işin materiallarına uşağın "xxxx" Futbol Klubunda futbol məşğələləri ilə məşğul olduğuna dair arayış əlavə etmişdir. Lakin həmin arayışda uşağın futbol məşğələləri ilə həftənin hansı günləri və hansı saatlarında məşğul olduğu qeyd edilməmişdir və bu arayışın işin hallarına ümumiyyətlə aidiyyəti yoxdur. Ərizəçi ərizəsində uşaqla borclunun sonuncu fotoşəklinin xx.xx.2025-ci il tarixində çəkildiyini qeyd etmişdir, lakin hansı səbəbdən sonuncu fotoşəklin həmin tarixdə çəkildiyi məsələsinə münasibət bildirməmişdir. Bildirmişdir ki, uşaqla onun daha yaxın tarixləri əhatə edən foto şəkilləri vardır, onları məhkəməyə təqdim etməyə hazırdır. Qeyd etmişdir ki, özü ixtisasca psixoloq olan ərizəçi Tələbkar oğlunu borclu ilə ünsiyyətdən yayındırmaq məqsədilə uşağa psixoloji şiddət göstərir. Tərəfindən məhkəməyə təqdim edilmiş video-materialda (DVD və Baiqiya markalı yaddaş kartında) uşaq aydın şəkildə bildirir ki, anasının yanında borclu ilə öpüşüb-görüşmək istəmir çünki anası hirslənər. Ərizəçi məhkəmə qətnaməsini icra etməkdən yayınmaq məqsədilə qərəzli, yalan olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində uşaq borclu ilə ünsiyyətdə olan vaxt ona qarşı fiziki şiddət tətbiq edilmişdir, lakin bununla bağlı heç bir sübut ortaya qoymamışdır. Lakin borclunun həmin tarixdə uşaqla görüşümün əvvəli, ortası və anasına təhvil verildiyi sonuncu dəqiqəsinə qədər video görüntüsü təqdim edilmişdir və həmin video-materialdan da aydın olur ki, uşaq borclu ilə görüşün bütün mərhələlərində mehriban olmuş, ondan mehribanlıqla ayrılaraq anasına təhvil verilmişdir, uşağın onunla növbəti görüşdən imtina etməsi üçün heç bir səbəb yoxdur. Həmin tarixdən növbəti görüş tariximizə qədər uşaq ərizəçinin himayəsində olmuşdur və ixtisasca psixoloq olan Tələbkar oğlunu borclu ilə görüşməkdən yayındırmaq məqsədilə ona psixoloji təsir edərək qorxutmuşdur. Bütün bunlara dair kifayət qədər sübutlar vardır və tərəfindən məhkəməyə təqdim edilə bilər. Hazırda uşağın cəlb edildiyi psixoloji-reablitasiya seanslarının məqsədi də məhz, ərizəçinin uşaqda yaratdığı qorxunun aradan qaldırılması, uşağın psixoloji olaraq bərba edilməsidir. Hal-hazırda ərizəçinin yaratdığı süni problemlərin həll-edildiyi mərhələdə, ərizəçi icra üsulunun dəyişdirilməsinə nail olaraq qətnamənin icrasına yenə maneə törətməyə çalışır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru İlkin Həsənov ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri tələbkar Borclu xx.xx.2017-ci il təvəllüdlü X9 onun təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu. Bülbül prospekti 74 ünvanından saat 17:00-da birbaşa təhvil alması, ünsiyyət bitdikdə isə borclu Tələbkar faktiki yaşadığı ünvan 4 ünvanında uşağı anasına təhvil verilməsi qaydası; hər həftənin şənbə günləri isə tələbkar Borclu xx.xx.2017-ci il təvəllüdlü X9 borclu Tələbkar faktiki yaşadığı ünvan 4 ünvanında saat 16:00-da təhvil alması ünsiyyət bitdikdə isə həmin ünvanda təhvil verməsi qaydasının müəyyənləşdirilməsi icra sənədinin icrasının vaxtında və düzgün formada icrası üçün məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək “iddiaçı X7 ilə cavabdeh Borclu arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 27 iyun 2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2017-ci il təvəllüdlü X8 -anası X5 yanında saxlanılmaqla onun himayəsinə verilməsi...” qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən tam orta məktəbin İ-İV siniflər üçün illik ödənişi 5500 manat müəyyənləşdirilib. İş materiallarında olan, A/789 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X10 həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbin 1-ci sinfin rus bölməsində təhsil alır və saat 09:00-dan 17:00-dək məktəbdə olmağı mütləqdir. İş materiallarında olan, A/801 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X8 dərs saatları hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09:00-da başlayır və 14:00-a qədər yekunlaşır, eləcə də, həftənin qeyd ilən günləri saat 14:00-dan 17:00-a qədər valideynlərin istəyi ilə könüllü şəkildə uşaq məktəbdə əlavə qala bilər. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X10 həqiqətən də valideyni Borclu tərəfindən karate idman növü üzrə məşqlərə cəlb edilmişdir və o, hazırda hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 19:00-a qədər karate idman növü ilə məşğul olur. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" Futbol Klubunda məşqlərdə iştirak etmişdir və xx.xx.2025-ci il tarixdən məşqlərdə iştirak etmir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktların surətlərindən görünür ki, borclu X7 və oğlu X4 rayon İcra şöbəsinə gəlmiş və tələbkar Borclu ilə X10 ünsiyyətdə olmuşlar. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, borclu X7 və oğlu X10 18:30-da Nizami rayon İcra şöbəsinə gəlmiş və tələbkar Borclu ilə X10 ünsiyyətdə olmuşlar. 17:00-da dəfələrlə borclu X6 ünsiyyəti təmin etməsi bildirilsə də, o, uşağın məktəbdə olmasını bildirərək vaxtında ünsiyyətlə bağlı uşağı atasına verməmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli , xx.xx.2025-ci il tarixli , xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Borclu tərəfindən Nizami rayon İcr şöbəsinə ünvanlanan arayışlardan görünür ki, Borclu ilə X8 ünsiyyəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin ll hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında bəzi dəyişikliklər edilmişdir.Belə ki, həmin Plenum Qərarının 3-cü bəndinin mətni ləğv edilmiş və 3.1 və 3.2-ci bəndlər əlavə edilmişdir: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun hə/ata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bsndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üaulunun (vaxt, müddət, yer, forma, şəraitvə s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1- ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir ”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 12.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini dəyişdirdiyinə görə, icra üsulunun və qaydasının verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməlidir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra qaydası aşağıdakı formada həyata keçirilməlidir: xx.xx.2017-ci il təvəllüdlü X2 09:00-dan 17:00-dək məktəbdə olmasını nəzərə alsaq, borclunun tələbi təmin ediləcəyi halda icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə uyğun qaydada vaxtında və düzgün icra edilməsində çətinliklər yaranacaqdır. Belə ki, borclunun xahişi və tələbkarın razılığı əsasında müxtəlif tarixlərdə saat 18.00-da həm Nizami rayon İcra şöbəsinin inzibati binasında, həm də borclunun faktiki yaşadığı ünvan 6 ünvanında uşağın tələbkara təhvil verilməsi ilə bağlı razılığa gəlinsə də, borclu tıxac səbəbindən qeyd edilən ünvanlara saat 18.00-da yaxınlaşa bilməmiş və daha gec vaxtda yaxınlaşmışdır. Bu da icra sənədinin icrasını çətinləşdirir. Tələbkarın işlədiyi müəssisə ilə uşağın təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin ərazi baxımından yaxın ünvanlarda yerləşdiyini, eləcə də uşağın məktəbdə dərslərinin bitdiyi saatla onun atası ilə görüşünün başladığı saatın uyğunluğunu nəzərə alaraq ünsiyyətin vaxt və müddət baxımından dəyişdirilmədən saxlanılması, yer və şərait baxımından isə yay, payız və qış tətil günləri, həmçinin iş günü hesab edilməyən bayram günləri istisna olmaqla, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 onun təhsil aldığı "xxxx" MMC-nin nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu, Bülbül prospekti 74 ünvanında birbaşa təhvil almalı və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil verməli; yay, payız və qış tətil günlərinə, həmçinin iş günü hesab edilməyən bayram günlərinə təsadüf edən həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında borcludan təhvil almalı və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil verməli; hər həftənin şənbə günü saat 16:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında borcludan təhvil almalı və saat 20:00-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil verməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra qaydası aşağıdakı formada həyata keçirilsin: - Yay, payız və qış tətil günləri həmçinin iş günü hesab edilməyən bayram günləri istisna olmaqla, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 onun təhsil aldığı "xxxx" MMC-nin nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu, Bülbül prospekti 74 ünvanında birbaşa təhvil alsın və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclu faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil versin. - Yay, payız və qış tətil günlərinə, həmçinin iş günü hesab edilməyən bayram günlərinə təsadüf edən həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında borcludan təhvil alsın və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil versin. - Hər həftənin şənbə günü saat 16:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında borcludan təhvil alsın və saat 20:00-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X9 borclunun faktiki yaşadığı ünvan 8 ünvanında uşağı bocluya təhvil versin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-206/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-206/2025
28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver