Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-207/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova-icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero-İO” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8114/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 415 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 13 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero-İO” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə ödənilməmiş borc 415 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xətai rayon İcra şöbəsinin və tələbkarın nümayəndəsi, borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8114/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 415 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, icra sənədi üzrə tələb Borclu tərəfindən tam şəkildə təmin edilmişdir. Xətai rayon İcra şöbəsinin 01 mart 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8114/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bu səbəbdən hazırkı təqdimatın baxılmadan geri qaytarılması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Xətai rayon İcra şöbəsi 16 mart 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqdimata baxılmadan geri qaytarılmasını xahiş etdiyindən hazırkı təqdimatın təmin edilməsi zəruriliyi aradan qalxmışdır. Odur ki, hazırkı təqdimat rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-207/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-207/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver