Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-209/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə X1 nümayəndəsi və vəkili X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi və vəkili X9 – qətnamənin icra olunması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə açıq və başa düşülən tərzdə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qətnaməsinin izah edilməsinə zərurət yaranmışdır. Belə ki, qeyd olunan qətnamədən belə başa düşülür ki, cavabdehin qeyd olunan mənzilə münasibətdə istifadə hüququ yoxdur və həmin qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Bundan əlavə ərizəçinin nümayəndəsi və vəkilinin müvafiq müraciəti əsasında Xətai rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 101-46830-1222 saylı məktubla Xətai Rayon Məhkəməsinə müraciət olunaraq hazırkı mülki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətanamənin cavabdeh X3 mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olub-olmadığı haqqında məlumatın verilməsi xahiş olunmuşdur. Qeyd olunan müraciətə cavab olaraq Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2023-cü il tarixli məktubunun dördüncü abzasında hazırkı mülki iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qətnamənin cavabdehin mənzildən çıxarılması üçün əsas hesab olunması qeyd edilsə də, Xətai rayon Polis idarəsinin Pasport qeydiyat şöbəsi həmin abzasın sonuncu cümləsini ("Məhkəmənin qeyd etiyi bu qayda müvafiq dövlət orqanın üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişlərinin iddiyaçıya və müvafiq dövlət orqanına izah edilməsidir") rəhbər tutaraq dövlətin adından çıxarılmış məhkəmə qətnaməsini icra etmir, nəticə etibarı ilə süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutub Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4294/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinə açıq və başa düşülən tərzdə izah verilməsini xahiş edir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2022cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X4 qarşı – cavabdeh X3 pasport qeydiyyatından çıxarılmasına əsas üçün ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsi ilə cavabdeh X7 ilə iddiaçı X5 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından X3 qeyd edilən evdən istifadə hüququ yaranmadığı müəyyən edilmişdir. Belə olan halda isə onun mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi də məhkəmə tərəfindən təmin edilə bilməzdi. Məhkəmə hesab edir ki, qətnaməyə izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “X3 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 157 nömrəli mənzilində istifadə hüququnun yaranmaması onun həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olması kimi başa düşülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4294/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinə- X3 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 157 nömrəli mənzilində istifadə hüququnun yaranmaması onun Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 157 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-209/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-209/2023
29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver