Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-219/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi ilə Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Toyota Prado” minik markalı, **- HP-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-96/2021 saylı, 02 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Borclu iddiaçının mənzilinə dəymiş zərərin əvəzi olaraq 1.090 manat maddi ziyan, mətbəx mebelinə və çilçırağa dəymiş ziyana görə 960 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat tərəflər arasında bölünməli, 150 manat iddiaçıdan, 150 manat cavabdehdən tutulub “X1” MMC-nin hesabına ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Borclu məxsus olan “Toyota Prado” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xətai Rayon Məhkəməsinin 8(011)-603/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərardadla həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 96/2021 saylı, 02 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Borclu iddiaçının mənzilinə dəymiş zərərin əvəzi olaraq 1.090 manat maddi ziyan, mətbəx mebelinə və çilçırağa dəymiş ziyana görə 960 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat tərəflər arasında bölünməli, 150 manat iddiaçıdan, 150 manat cavabdehdən tutulub “X1” MMC-nin hesabına ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidovun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-603/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Toyota Prado” minik markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra sənədinin qaytarılması haqqında 15 mart 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə Tələbkar şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin Xİİİ fəslində 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-96/2021 saylı, 02 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə tələbkar ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Belə ki, təqdimat təmin edilərək Borclu məxsus “Toyota Prado” minik markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-603/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Toyota Prado” minik markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-219/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-219/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver