Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-219/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6883/2023-010 saylı xx.xx.2023-cü il və Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-194 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov Borclu məxsus olan “ZİL 130 MMZ 554”Özüboşaldılan yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, "GREAT DANE" YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SA yük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SA yük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı və QAZ 24 minik markalı. **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6883/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 510000 manat və 8000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı Şəhəri 38 Saylı Notariat Kontorunin 8İ-194 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclundan 25 manat, 48700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olduğu tarixdən qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surətləri bildirişlərlə bərabər icra sənədləri üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü İcra müddətində icra sənədləri üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “ZİL 130 MMZ 554” Özüboşaldılan yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, "GREAT DANE " YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SA yük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SAyük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı və QAZ 24 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6883/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc 518000 manat, Bakı Şəhəri 38 Saylı Notariat Kontorunin 8İ- 194 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə borc 48725 manat təşkil edir. Həmiçinin hər iki icra sənədləri üzrə ayrı ayrılıqda 7% icra ödənişləri Xətai rayon icra şöbəsinin depozit hesabına ödənilməlidir, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu, icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6883/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 510000 manat və 8000 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsi “icraata başlamaq haqqında” Qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsində veridiyi izahatda Xətai rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədindən xəbərdar olduğunu, vaxt istədiyini və borcunu ödəyəcəyini, borcundan hər hansı bir ödəniş etmədiyini, bir il müddətinə borcunu ödəyəcəyini, adına əmlak olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli 8İ-194 №-li icra qeydinə əsasən, X1 xeyrinə Borclu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisinə 3M/1163 reyestr nömrəli Kredit müqaviləsi üzrə nəzərdə tutulmuş müddət üçün vaxtında ödənilməmiş 48700 manat və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 48725 manat 00 qəpik (qırx səkkiz min yeddi yüz iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsi “icraata başlamaq haqqında” Qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu (507132344; 503947195; 102121479; 504500655; 702221479; 702321479; 559436798; 552221479; 557542898; 512713820; 503228732; ********* və ********* nömrələrinə) Xətai rayon İcra şöbəsinə yaxınlaşması barədə xx.xx.2024-cü il tarixdə SMS Bildirişlər göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “ZİL 130 MMZ 554” Özüboşaldılan yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, "GREAT DANE " YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SA yük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SAyük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı və QAZ 24 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq, icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, mövcud borcun həcmi nəzərə alınaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması” barədə təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “ZİL 130 MMZ 554” Özüboşaldılan yük markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı, "GREAT DANE " YARİMQOŞQU, **-ZE-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SA yük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, RENAULT HR400SAyük markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU, **-ZE- *** dövlət qeydiyyat nişanlı, RENAULT yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı, HOWO yük markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı və QAZ 24 minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-219/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-219/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver