Məhkəmə qərarları › İş №8(011)-22/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-22/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-22/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin icra məmurunun hərəkətsizliyi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-2795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin borclu X3 tərəfindən icra edilməsi üçün real icra hərəkətlərini həyata keçirməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilərək barəsində xüsusi qərar qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)-2795/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh F.Ş X1 35 000 manat əsas borc məbləğinin, 3500 manat cərimə borcunun, ümumilikdə 38 500 manat məbləğində pul vəsaitinin tutularaq “X2” MMC-nin xeyrinə ödənilməsi qət edilmiş və icra edilməsi üçün 2(011)-2795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən aidiyyəti üzrə Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Beləki həmin iş hal-hazırda Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının icraatındadır. Qətnamənin qəbul edilməsindən 5 aydan çox müddət keçməsinə baxmayaraq Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının məsuliyyətsizliyi, öz işinə laqeyd yanaşması və səhlənkarlığı nəticəsində nə borclu bugünə kimi olan borcundan bir qəpik ödəmiş, nə də borclu barəsində adekvat tədbir görülmüşdür. Hal-hazırda da icra məmuru tərəfindən həmin iş üzrə borclu barəsində isə heç bir faktiki tədbir görülməməkdədir. Ümumiyyətlə borclu heç vaxt icra şöbəsinə dəvət olunmamış və ona olan borcunun ödənilməsi ilə bağlı ona qarşı heç bir tələb edilməmişdir. İcra məmuru ilə borclu arasında öhdəliyin icra edilməməsi üçün gizli razılıq əldə edilmişdir. Bu kimi hallar icra məmurunun hazırki icra işini yubatmaqda maraqlı olunmasının bariz nümunəsidir. İcra məmuruna xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət olunaraq borclunun tələbkara olan borcunu ödəməmək üçün yaxın zamanlarda Azərbaycan Respublikası ərazisini tərk etmək niyyətində olduğunu və buna görə də dərhal onun ölkədən çıxışana məhdudiyyət qoyulması, həmçinin sözügedən icra işi üzrə təxirəsalınmadan real icra hərəkətlərinə başlanması xahiş edilmişdir. Lakin bungünə kimi nə icra məmuru tərəfindən edilmiş müraciətə cavab vermiş, nə də ki sözügedən icra işi üzrə hər hansı bir real icra hərəkətləri həyata keçirmişdir. Tələbkarın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, şikayətə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, icra sənədi üzrə borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-2795/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 35000 manat əsas borc məbləği, 3500 manat cərimə borcu, cəmi 38 500 manat məbləğində pulun borcludan alınaraq tələbkarın xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2023-ci il tarixində qanuni qüvvəyə minərək icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilərək borclu barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icraata başlanılmasinin əsasları əks olunmuşdur. Həmin maddəyə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1-ci maddə). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2-ci maddəsi). Qeyd edilən müddəlardan da görünür ki, icra məmuru məhkəmənin icra vərəqəsini aldıqdan sonra icraata başlama haqqında qərar qəbul etməli, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərməli, əgər 10 gün müddət ərzində borclular tərəfindən tələb könüllü icra olunmadıqda icra məmuru tərəfindən tələbin məcburi qaydada icra olunması üçün məcburi icra hərəkətlər edilməlidir. İş materiallarından da göründüyü kimi, icra məmuru tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilmiş, qərar icra olunması üçün xx.xx.2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Sonradan axtarış işinin sürətləndirilməsi üçün yenidən xx.xx.2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinə, eləcə də xx.xx.2023-cü il tarixdə borclunun ölkə hüdudları daxilində olub-olmaması barədə AR Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış məktub iş materiallarına əlavə edilsə də, həmin məktubların göndərilməsi (bu barədə poçt göndərişlərini reyestri) və müvafiq orqana çatdırılması iş materialları əsasında müəyyən olunmur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilərək, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Həmin qərardaddan icra məmuru tərəfindən şikayət verilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilərək, əlavə araşdırmanın aparılması məqsədilə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, şikayətə yenidən baxılması qərara alınmış, bununla bağlı məhkəmə iclası dəfələrlə təxirə salınaraq icra məmuruna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, icra işini təqdim etməmiş və şikayətin hər tərəfli araşdırlmasında maraqlı olmamışdır. Şikayətə təkara baxılan zaman da, icra məmuru tərəfindən icra sənədi üzrə icra bütün icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, icra məmuru keçirilən heç bir məhkəmə iclasında iştirak etmədiyindən, şikayətin dəlilləri ilə bağlı icra məmurunu izahatını almaq belə mümkün olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, icra vərəqəsinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" MMC-nin təmin edilsin. Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar