Məhkəmə qərarları › İş №8(011)-221/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-221/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-221/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, X3 iştirakı ilə, X3 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 ərizə ilə müraciət edərək, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2076/2019-cu il qətnaməsinə əsasən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində tutularaq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tələbkar Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulan alimentin 50 faiz miqdarında mebləğinin yetkinlik yaşına çatmayan uşaqlarının adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2076/2019-cu il tarixli qətnaməsinə əsasən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin tutularaq xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tələbkar Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda ödədiyi alimentin 50 faiz miqdarında məbləğinin yetkinlik yaşına fatmayan uşaqlarının adına açılmış bank hesabına köçürülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. X4 məhkəmə iclasında ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2076/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X12 ilə Kərimova (Əliyeva) Gülər Məzahir qızı arasında 30 avqust 2010-cu il tarixdə Qazax Rayon Qeydiyyat Şöbəsində 265 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X8 anaları Kərimova (Əliyeva) Gülər Məzahir qızının yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X9 cavabdehdən alınaraq X5 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh X6 hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutularaq Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulması, xx.xx.2016-cı il təvəllüdlü X10 münasibətdə alimentin tutulmasının xx.xx.2018-ci il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü X11 münasibətdə isə uşaq anasına verildiyi gündən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin xx.xx.2016-cı il təvəllüdlü X10 münasibətdə dərhal, xx.xx.2011-ci il təvəllüdlü X11 münasibətdə uşaq anasına verildiyi gündən icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-ci maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.”; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 -ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi dövrü əhatə edən hesabdan çıxarışdan müəyyən edilmişdir ki, X12 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2025-ci ilin yanvar və fevral aylarında 1704.94 manat əmək haqqı almışdır. xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün X6 tutulacaq alimentin məbləği isə onun əmək haqqının 1/3 hissəsi, yəni təxmini 566 manat təşkil edir. Göründüyü kimi, bir uşağın saxlanması üçün tutulan alimentin məbləği hər ay təxmini 283 manat təşkil edir. Belə olan halda təyin edilmiş aliment məbləğinin 50 faizi, yəni 141.5 manat uşağın adına açılacaq bank hesabına köçürüləcəyi halda yerdə qalan 141.5 manat uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumdan az olmaqla yanaşı, uşağın maddi və mənəvi tələbatlarını ödəmək və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət etməyəcək. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər iki valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu və uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdığını nəzərə alaraq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X8 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün X7 qazancının 1/3 hissəsi miqdarında aliment tam həcmdə Tələbkar saxlanmasına yönəldilməlidir. Odur ki, X7 Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2076/2019-cu il qətnaməsinə əsasən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində tutularaq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tələbkar Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulan alimentin 50 faiz miqdarında mebləğinin yetkinlik yaşına çatmayan uşaqlarının adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2076/2019-cu il qətnaməsinə əsasən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində tutularaq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tələbkar Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulan alimentin 50 faiz miqdarında mebləğinin yetkinlik yaşına çatmayan uşaqlarının adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar