Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-222/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov –Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3594/2021 saylı, 10 avqust 2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3594/2021 saylı, 10 avqust 2021-ci il tarixli icra sənədində göstərilən ünvanla DƏDRX-nin məktubunda qeyd olunan ünvan arasında uyğunsuzluq olduğundan məhkəmə tərəfindən izah edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədinin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)-3594/2021 saylı qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(011)- 3594/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)-3594/2021 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)- 3594/2021 saylı qətnaməsində “1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş 22 oktyabr 2019-cu il tarixli Reyestrdən Çıxarışda göstərilən ünvan-ünvan 1da yerləşən 0.06 ha torpaq sahəsi” kimi qeyd olunması qərara alınmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmənin qərardadı ilə sözügedən icra sənədinə izah verildiyindən, hazırkı ərizənin təmin edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Buna görə də ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3594/2021 saylı, 10 avqust 2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-222/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-222/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver