Məhkəmə qərarları › İş №8(011)-225/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-225/2023

12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-225/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu-ərizəçi X6, Tələbkarlar Tələbkar2, Məhərrəmova Tünzalə Vəkil qızının, Tələbkar4 iştirakları ilə X1 “icra sənədləri üzrə borcun hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra və Probasiya şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin qətnamələri əsasında çıxarılmış 2(011)- 2702/2020, 2(011)-2035/2020, 2(011)-490/2021 və 2(011)-2789/2020-ci il tarixli icra sənədləri üzrə borcların hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi V.H.Ağayev yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, ərizəsini 2(011)-2702/2020, 2(011)-2035/2020, 2(011)-490/2021 saylı icra sənədləri üzrə - tələbkarlar Tələbkar1, X4, Tələbkar2, Məhərrəmova Tünzalə Vəkil qızına, Əhmədova Nuranəyə və Hüseynli Azərə qarşı müdafiə etmir, ərizənin həmin hissədə geri qaytarılmasını, Tələbkar4 2789/2020-ci il tarixli icra sənədi üzrə aylıq 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-225/2023 saylı qərardadı ilə X2 “icra sənədləri üzrə borcun hissəhissə icra edilməsi” barədə ərizəsi 2(011)-2702/2020, 2(011)-2035/2020, 2(011)-490/2021 saylı icra sənədləri üzrə Tələbkar1, X4, Tələbkar2, Məhərrəmova Tünzalə Vəkil qızına, Əhmədova Nuranəyə və Hüseynli Azərə qarşı hissədə geri qaytarılmışdır. Məhkəmə iclasında borclu - ərizəçi V.H.Ağayev ərizəsinə uyğun izahat verərək bildirdi ki, iki il 6 ay həbs olunmuş, cəzaçəkmə müəssisəsində olmuşdur, 6 ay bundan əvvəl sentyabr ayında 3 ay şərti olmaqla buraxılmış, 800 manat ödəniş etmişdir, halhazırda mühafizəçi işləyir, 425 manat maaş alır, həmçinin ikinci qrup əlildir, ümumilikdə icra sənədləri üzrə 54000 manat zərər var, az-az olsa da icra sənədləri üzrə borcunu ödəyir, tələbkar Emiliya xanım borcun ona hissə-hissə 50 manat ödənilməsinə razıdır. Sonda ərizəçi V.H.Ağayev ərizənin təmin edilməsini, Tələbkar4 2789/2020-ci il tarixli icra sənədi üzrə aylıq 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar E.Ş.İsmayılova məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, icra sənədi üzrə az da olsa borc ödənilmişdir, hazırda X1 ona olan 1900 manat borcunun hər ay 50 manat ödəməsi şərti ilə razıdır, etiraz etmir. Sonda E.Ş.İsmayılova qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Xətai rayon icra şöbəsinin icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməklə 2789/2020-ci il tarixli icra sənədinin hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi tərəflərin maraqlarına uyğundur. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2789/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, 2000 (iki min) manat məbləğində pul X5 alınaraq Tələbkar4 ödənilməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat X5 tutularaq Tələbkar4 ödənilməlidir. Ərizəyə əlavə edilmiş qəbzlərdən görünür ki, X10 tərəfindən xx.xx.2022-ci il tarixdə Tələbkar4, Məhərrəmova Tünzalə Vəkil qızına, Tələbkar2, Tələbkar1 - hər birinə 50 manat pul köçürülmüşdür. Ərizəyə əlavə edilmiş qəbzlərdən görünür ki, X10 tərəfindən xx.xx.2023-cü il tarixdə Məhərrəmova Tünzalə Vəkil qızına, Tələbkar2, Tələbkar1 - hər birinə 100 manat pul köçürülmüşdür. Ərizəyə əlavə edilmiş qəbzlərdən görünür ki, X10 tərəfindən xx.xx.2023-cü il tarixdə Tələbkar4, Məhərrəmova Tünzalə Vəkil qızına, Tələbkar2, Tələbkar1 - hər birinə 100 manat pul köçürülmüşdür. Ərizəyə əlavə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1VBL9L00003 №-li Arayışdan görünür ki, X8 ikinci dərəcəli əlillik verilmişdir, səbəbi ümumi xəstəlikdir. Ərizəyə əlavə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X9 ikinci dərəcəli əlillik verilmişdir, təyinatın tarixi xx.xx.1999-cu ildir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən X6 gəlir və əmlak məlumatları barədə çıxarışdan görünür ki, X6 əmək müqaviləsi məlumatları yoxdur, ikinci qrup - ümumi xəstəliyə görə 220 manat pensiya alır, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin maddi vəziyyəti 2(011)-2789/2020 saylı icra sənədi üzrə borcun bir dəfəyə ödənilməsinə imkan vermir və borclu borcu ödəməkdən yayınmır, onun tərəfindən icra sənədi üzrə ödənişlər olunmuşdur. Məhkəmə, borclunun maddi vəziyyətinin aşağı olmasını, onun əmlak vəziyyətini (adına daşınar və daşınmaz əmlakın olmamasını), işləməməsini, ikinci qrup əlil olmasını, habelə Tələbkar4 bu barədə razılığını nəzərə alaraq ərizənin təmin edilməsini məqsədəmüvafiq sayır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2789/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borc, X3 tərəfindən hər ay 50 (əlli) manat olmaqla hissəhissə icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar