Məhkəmə qərarları › İş №8(011)-229/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-229/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-229/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, X1 İcra məmuru Tural Rəhimovun Tələbkarın nümayəndəsi X2 Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, 2(011)-354 saylı xx.xx.2023-cü il tarixli və 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun müraciəti əsasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, 2(011)-354 saylı xx.xx.2023-cü il tarixli və 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tələbkar nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-354 saylı xx.xx.2023-cü il tarxili və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən bağlanmış barışıq sazişinin təsdiq olunmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-354 saylı xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən bağlanmış barışıq sazişinin təsdiq olunmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduqlarını, sazişin onların iradəsi ilə bağlanmasını bildirərək onun təsdiq edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, icra məmuru Tural Rəhimovun məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən məhkəmə qətnamələrinin icrası ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlanaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-354 saylı xx.xx.2023-cü il tarxili və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icraatlarına xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.2-20.6-cı maddələrinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə tərəflərin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1835/2021 nömrəli xx.xx.2021-ci il tarixli, 2(011)-354/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2(011)-6436/2023 nömrəli xx.xx.1023-cü il tarixli icra sənədləri üzrə icraata xitam verilsin. Tələbkar ilə Borclu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Xətai Rayon Məhkəməsinin 2(011 )-1835 saylı xx.xx.2021-ci il tarixli və Xətai Rayon Məhkəməsinin 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli qətnamələri üzrə iddiaçı X5 cavabdeh Borclu dair aliment tələbindən könüllü olaraq imtina edir ona görə ki,qarşılıqlı olaraq Xətai Rayon Məhkəməsinin 2(011)-354 saylı 26.01,2023-cü il tarixli qətnaməsi üzrə iddiaçı Borclu uşaqla ünsiyyət hüququna dair qətnamənin icrasından imtina edir.

2. İddiaçı X5 bəyan edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə Borclu 2024-cü ilin fevral ayı daxil olmaqla yaranmış 3400 manat aliment borcu güzəşt olunaraq silinir və əvvəllər ödənilmiş 4678 manat aliment pulu Borclu geri qaytarılmaqla yanaşı uşaq 18 yaşını tamamlayanadək hər hansı aliment tələbində olmur.

3. Xətai Rayon Məhkəməsinin 2(011 )-354 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə iddiaçı Borclu bəyan edir ki, xx.xx.2020-ci il təvəllüdlü X6 ilə ünsiyyətdən imtina edir və uşaq 18 yaşını tamam edənədək bu qətnamənin icrası ilə əlaqədar hər hansı tələb irəli sürmür.

4. Tərəflər bəyan edirlər ki, hər iki qətnamənin qarışlıqlı imtinası könüllü olaraq həyata keçirilir və öz iradələrinin ifadəsi kimi mövcud olan hüquqlarından imtina etməklə yanaşı gələcəkdə hər hansı tələbdə olmurlar.

5. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra Xətai rayon icra şöbəsi tərəfindən Borclu barəsində tətbiq olunmuş bütün məcburi icra tədbirləri ləğv edilir.

6. Bu barışıq sazişi təsdiq olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-1835 saylı xx.xx.2021-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-6436 saylı xx.xx.2023-cü il tarixli və Xətai Rayon Məhkəməsinin 2(011)-354 saylı xx.xx.2023-cü il tarixli qətnamləri üzrə icraata xitam verilir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar