Məhkəmə qərarları › İş №8(011)-229/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-229/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-229/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1746/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1746/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin müəyyən mislinə uyğun indeksasiyası olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1746/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün borclunun əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi həmin alimentin indeksasiya olunmasını tələb edir. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-2-ci bəndində qeyd edilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.” Qeyd edilənlərdən də göründüyü kimi, həm Mülki Prosessual Məcəllənin 110.1-ci maddəsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında müəyyən edilən qaydada qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan alimentin indeksasiyası yalnız alimentin sabit pul məbləğində, yəni konkret məbləğlə ifadə edildiyi halda mümkündür. Lakin, işin hallarından da göründüyü kimi ərizəçinin tələbi mahiyyət etibarı ilə alimentin miqdarının dəyişdirilməsindən ibarətdir. Belə ki, tələbkar ərizəsində də qeyd etmişdir ki, tutulan aliment uşağın saxlanmasına kifayət etmir. Övladının saxlanması, sağlamlığı, təhsili və digər xərcləri onun üzərindədir . Göründüyü kimi, və ərizədə qeyd edilən hallar bu barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə MPM-in 232-ci maddələrinə müvafiq olaraq məhkəmə qərarının icrası (icra icraatı) qaydasında baxılmalı olmadığın, yəni iddia icraatı qaydasında baxılmalı olduğundan, ərizənin icraata qəbulundan imtina edilməli və ərizəçiyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1746/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Tələbkara alimentin miqdarının dəyişdirilməsi tələbi baradə idida ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar