Məhkəmə qərarları › İş №8(011)-232/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-232/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-232/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-1122/2022 saylı 01 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 837 manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədilə Xətai Rayon Məhkəməsinin 8(011)-750/2022 saylı, 18 avqust 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin edilmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Tələbkar MMC ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, Borclu tərəfindən borc məbləğinin tam ödənildiyini bildirmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş Borclu 837 məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsinə dair 2(011)-1122/2022 saylı, 01 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata icra haqqında AR qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-750/2022 saylı 18 avqust 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1122/2022 saylı, 01 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu tərəfindən icra sənədində göstərilən tələb tam icra olunduğundan görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilərək Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-750/2022 saylı 18 avqust 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar