Məhkəmə qərarları › İş №8(011)-233/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-233/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-233/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, Tələbkar alimentin minimum əmək haqqına uyğun indeksasiya olunmasına dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Tələbkar ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyatı qaydalarına uyğun verilmədiyindən geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərdn görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3095/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yekinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edildiyindən yuxarıda qeyd edilən MPM-nin 232.1-ci maddəsinin tələbinə uyğun olaraq alimentin indeksasiyasına dair ərizə də həmin məhkəməyə verilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 232-ci, 263-264-cü maddələrini əsasən, QƏRARAALDİ: Tələbkar alimentin minimum əmək haqqına uyğun indeksasiya olunmasına dair ərizəsi geri qaytarılsın. Tələbkar ərazi aidiyyati üzrə Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Şövkətli-Mənsimli Əsli ilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar