Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-235/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Tələbkar, Borclu Şahin oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsinə dair verdiyi təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsini qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, borclu ilə aralarında razılıq əldə edildiyini və bununla bağlı barışıq sazişi bağlanılmışdır, həmin sazişin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında borclu Niyazi Əsgərov da izahatında barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, o cümlədən təqdimat və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 e-2(011)- 2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə X1 və ½ hissədə Borclu Şahin oğlunun payları müəyyən edilərək, mülkiyyət hüquqları tanınmalı, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə ½ hissədə X1 və ½ hissədə Borclu Şahin oğlunun payları müəyyən edilərək, həmin əmlakın dəyərinin ½ hissəsi olan, 300 (üç yüz) manat məbləği X2 alınaraq X3 ödənilməli, dəyəri 600 (altı yüz) manat təşkil edən Borclu Şahin oğluna məxsus nişan üzüyü, həmin əmlak olmadıqda isə onun dəyəri Tələbkar alınaraq X5 verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, 1. Tərəflər Borclu və Tələbkar yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin icrası barədə ümumi razılığa gələrək bəyan edirlər ki, Xətai Rayon Məhkəməsinın 2(011)-2808 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 1/2 hissədə paylara ayrılmış Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nışanlı avtornobil üzərindən Tələbkar öz payından X6 xeyrihə 7000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə imtına edir və 7000 manat kompenssasiya ödənildikdən sonra həmin avtomobil üzərində yaranmış 1/2 hissədə payını Borclu Şahin oğlunun adına keçirir. 2. Qeyd olunan 7000 (yeddi min) manat kompensasiya hər ayın birinci günü həe ay 500 manat olmaqla borc ödənilənədək X4 adına olan bank hesabına köçürülür. 3. X7 bəyan edir ki, 7000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir. 3. Tələbkar bəyan edir ki, 7000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra (sonuncu ödənişdən sonra 5 iş günü müddətində) Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin Borclu adına rəsmləşdirilməsi üçün Notariat ofisində və zərurət olarsa Məhkəmədə tələb olunan sənədləşmə işlərini yerinə yetirir. 4. Tələbkar bəyan edir ki, 7000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir. 5. Borclu bəyan edir ki, Mercedes Benz ML 350 minik” markalı, 99-LO930 dövlət nömrə nişanlı avtomobilin tam hüquqlu öz adına rəsmləşdirilməsindən sonra nişa üzüyünə görə ona ödənilməli olan 600 manat məbləğindən imtina edir. 6. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra mütəxəssis rəyinə görə ödənilməli olan 50 manat pul vəsaitini hər bir tərəf 125 manat olmaqla "xxxx" MMC-nin hesabına köçürür. 7. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı Merc des Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nışanlı avtomobiılın tam hüquqla Borclu adına rəsmiləşdirilməsi üçün əsasdır. 8. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edılmış məhkəmə qərardadı tam cra olunmuş sayılır və Xətai rayon icra şöbəsinin icraatında olan Xətai Rayon Məh əməsinin e-2(011)-2808/2023 saylı xx.xx.2023-cü il tarıxlı qətnaməsinə xıtam veril əsi üçün əsasdır. 9. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 səhifədən, 3 nüsxədə tərtib olunur və imzalanır.Tərəflərin hər birinə 1 nüsxə verilir.1 nüsxə Xətai rayon İcra şöbəinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndənisin. Məhkəmə qeyd edir ki, icra mərhələsində bağlanmış barışıq sazişi o halda təsdiq edilir və icraatın xitamına səbəb olur ki, həmin saziş məhkəmə qətnaməsində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olur, lakin hazırkı barışıq sazişinin mətnindən görünür ki, saziş qətnamə ilə müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olmur, əksinə tərəflər üçün yeni öhdəliklər müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə təqdimat təmin oluna bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatı təmin olunmasın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-235/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-235/2025
28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver