Məhkəmə qərarları › İş №8(011)-238/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-238/2022

10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-238/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 8336/2021-003 saylı, 08.12.2021-ci il tarixli icra sənədinə əsasən borcludan 2560,42 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Həmin icra sənədi 02.02.2022-ci il tarixdə icra olunması üçün Xətai rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası barədə borcluya bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırki vaxta qədər icra təmin edilməmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədi təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0,04 ha olan torpaq sahəsi müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə borc 2260,42 manat təşkil edir. Tələbkarın nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-8336/2021 saylı, 08.12.2021ci il tarixli icra sənədinə əsasən borcludan 2560,42 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclunun mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında 0,02 ha olan torpaq sahəsi vardır. Həmçinin, iş materiallarından görünür ki, borcluya 02.02.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən qəbul edilmiş və 08.02.2022-ci il tarixində İcra şöbəsinə çağırılaraq izahatı alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə və həmin bildiriş borclu tərəfindən qəbul edilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən torpaq sahəsi MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsi ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat təmin edilərək, pul tələbi borclunun torpaq sahəsinə yönəldilməsi məqsədi ilə həmin torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar