Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-24/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənovanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-793/2023 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4896/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mustafayeva (Hüseynova) Aygün Qurban qızının xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 8(011)-793/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu bugünə aliment borcu yoxdur. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədiyinə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlmədiklərinə və ya nümayəndələrinin iştiraklarını təmin etmədiklərinə görə məhkəmə iclası onların və ya nümayəndələrinin iştirakları olmadan keçirilsin. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-793/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Tələbkar heabına 24 oktyabr 2023cü il tarixdə 585 manat, 30 noyabr 2023-cü il tarixdə 50 manat, 13 dekabr 2023-cü il tarixdə 233 manat pul vəsaiti köçürülmüşdür. Beləliklə, iş materialından və təqdimatdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4896/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc məbləği borclu tərəfindən mütəmadi şəkildə icra edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-793/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-24/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-24/2024
11.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver