Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-242/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)- 12584/2018 saylı məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)-12584/2018 saylı məhkəmə əmrinə əsasən borclular X5 və X3 cəmi 1981 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat tutularaq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. İşin icrası Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İcra işi icra məmuru X4 icraatındadır. Borclunun könüllü müddət ərzində ödənilməsi ilə bağlı bildirişi qəbul etsə də, ümumi gəlirlərinin aşağı olması səbəbindən borcunu ödəyə bilməmişdir. Qalıq borcu olan 1406 ABŞ dollarını hər ay 150 manat olmaqla ödəməyi barədə qərar qəbul edilmə Borclu, göstərilənləri nəzərə alaraq qalıq borcu olan 1406 ABŞ dollarını hər ay 150 manat olmaqla ödəməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 məhkəmə əmrinin hissəhissə icra edilməsi barədə borclunun ərizəsinin təmin edilməsinə etiraz etməmişdir. İş üzrə tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə borclu və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə əmrinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231-ci maddəyə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)-12584/2018 saylı məhkəmə əmrinin surətindən görünür ki, X5 və X3 birgə qaydada "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1981 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tələbkar "xxxx" MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)-12584/2018 saylı məhkəmə əmrinin hissə-hissə icra edilməsinə tələbkar tərəfindən razılıq verildiyindən, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)- 12584/2018 saylı məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, e-2(011)- 12584/2018 saylı məhkəmə əmrinə əsasən "xxxx" MMC-nin xeyrinə tutulmalı olan məbləğ hissə-hissə, yəni hər ay 150 (bir yüz əlli) manat olmaqla X1 tərəfindən ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-242/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-242/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver