Məhkəmə qərarları › İş №8(011)-243/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-243/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-243/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu mülkiyyətində olan “Kia Cerato” minik markalı, ** NA *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6973/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan 1184 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının təmin tədbiri olaraq Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-645/2022 saylı qərarı ilə “Kia Cerato” markalı, ** NA *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, borclunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, iş materiallara əlavə edilmiş sənədlərdən də görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 8(011)-187/2022 saylı qərardadı ilə borcluya məxsus “Kia Cerato” minik markalı, ** NA *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar tərəfindən İcra Şöbəsinə ünvanlanmış məktuba əsasən müəyyən olunur ki, borclu tərəfindən icra vərəqəsi üzrə borc tam ödənilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 20.1.5-ci və 20.2ci maddələrinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən avtomobilin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, məhkəmənin qeyd edilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Kia Cerato” markalı, ** NA *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-187/2022 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “Kia Cerato” markalı, ** NA *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar