Məhkəmə qərarları › İş №8(011)-257/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-257/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-257/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, X1 iştirakı ilə X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində yazılan Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzili Bakı şəh, Xətai ray., Q.Məmmədov küç., ev 9, mən. 29 kimi başa düşülməsi barədə qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)— 7326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4, X9, X13, X10, Bədəl-zadə Zeynəb Anar qızının, X14, Bədəl-zadə Nigar Ramin qızının, X15, Bədəl-zadə Eltac Ramin oğlunun, Bədəl-zadə Ramin Vaqif oğlunun, X6, Bədəl-zadə Anar Vaqif oğlunun, X7, Bədəlzadə Aytac Ramin qızının, X11, X12 Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Qətnamə icra olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Xətai rayon Polis İdarəsi cavabdehlərin bir qismini Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzilində digərləri isə ünvan 1 ünvanında qeydiyyatda olduqlarını bildirmiş buna görədə qətanmənin icra etmədən geri qaytarmışdır.Ərizəçi bildirir ki, adları çəkilən ünvanlar eynidir.Bunu təsdiq edən sənədlər mövcuddur. Qeyd edilənləri nəzərə alaraq ərizəçi məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7326/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin nəticə hissəsində yazılan Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzili Bakı ş, Xətai ray, Q.Məmmədov küç, ev 9, mən 29 kimi başa düşülməsi barədə qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhər, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışdan görünür ki, X8 qeydiyyatda olduğu ünvan 2 ünvanı əvvəlllər “1723-cü keçid ev 9 mənzil 29” olmuşdur. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)—7326/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə X4, X9, X13, X10, Bədəl-zadə Zeynəb Anar qızının, X14, Bədəlzadə Nigar Ramin qızının, X15, Bədəl-zadə Eltac Ramin oğlunun, Bədəl-zadə Ramin Vaqif oğlunun, X6, Bədəl-zadə Anar Vaqif oğlunun, X7, Bədəl-zadə Aytac Ramin qızının, X11, X12 Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə hesab edir ki, qətnaməyə izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsində yazılan Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzili, ünvan 2 kimi başa düşülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində yazılan Bakı şəhəri Xətai rayonu, keçid 1723, 9 saylı evin, 29 nömrəli mənzili ünvan 2 kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar