Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-257/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığı Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(029)-704/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1989-ci ndə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Tələbkar Ağamalıyevnanın xeyrinə 22 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İora şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun emlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2025-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək, hazırda 925 manat aliment borcunun olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə izahat verərək, işsiz olduğundan və birinci nikahdan bir uşağı olduğunu ona aliment ödədiyindən bu borcu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)-704/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx xxxx 1989-cu ildə Saatlı rayonu Sarıcalar kəndində anadan olmş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Borclu Tələbkar Ağamalıyevnanın xeyrinə 22 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmiş və xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Xətai Rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, o, aliment borcundan 125 manat ödəniş edib, qalan 925 manatı məbləğində pul vəsaitini birdəfəlik ödəyə bilmir, hazırda işsizdir, həmçinin əvvəlki nikahından da bir övladı var, ona da hər ay 150 manat aliment ödəyir. Mülkiyyərində hər hansı daşınar və ya daşınmaz əmlakı yoxdur. Göründüyü kimi, borcu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1989-ci ndə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-257/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-257/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver