Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-26/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu Əlövsət qızına məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu Əlövsət qızına məxsus “Mercedes Benz 240” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7069/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1034 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən "Mercedes Benz 240" minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrənə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən ("xxxx" MMC) ödənişi təsdiq edən xx.xx.2023-cü il tarixdə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb Borclu məxsus "Mercedes Benz 240" minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayəndələrinin, borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7069/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1034 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 8(011)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Borclu Əlövsət qızına məxsus olan “Mercedes C240” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, icra icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair qərar qəbul edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin qərardadına əsasən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Borclu Əlövsət qızına məxsus “Mercedes C240” minik markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-26/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-26/2025
10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver