Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-263/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclu, Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin - 2(011)-2019 saylı xx.xx.2014-cü il tarixli, 2(011)-667 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-537 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-3432 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-6484 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-4549 saylı xx.xx.2012-ci il tarixli və 2(011)-6041 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun müraciəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov Bakı şəhər Xətai Rayon Məhkəməsinin - 2(011)-2019 saylı xx.xx.2014-cü il tarixli, 2(011)-667 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-537 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-3432 saylı xx.xx.2015ci il tarixli, 2(011)-6484 saylı xx.xx.2015-ci il tarixli, 2(011)-4549 saylı xx.xx.2012-ci il tarixli və 2(011)-6041 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında borclunun vəkili və nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduqlarını, sazişin onların iradəsi ilə bağlanmasını bildirərək onun təsdiq edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4549 saylı xx.xx.2012-ci il tarixli qərardadına əsasən Borclu arvadı X7 ilə birgə nikah dövründə aldıqları "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş 15 mərtəbəli binanın D blokunun 13-cü mərtəbəsində 4 otaqlı ümumi sahəsi 149.6 kv metr olan 52 saylı mənzilin üzərindəki bütün pay hüququndan X4 xeyrinə imtina edir. "xxxx" MMC tərəfindən sözügedən mənzilə dair X20 MMC ilə Borclu arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD52/2012 saylı müqavilə ləğv edilməsi və Borclu Əlyusif oğlu sözügedən mənzili 100 faiz pay hüququ ilə X4 adına keçirir və bütün sənədləşdirmə işlərini öz öhdəsinə götürür. Sözügedən mənzilə dair ödənilməmiş pay haqqı müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq (hər ay 4150 ABŞ dolları olmaqla) Borclu Əlyusif oğlu tərəfindən X20 MMC-yə ödənilir. Borclu Əlyusif oğlu həmin mənzilə dair pay haqqı ödənişlərini 100 faiz ödəməyi öhdəsinə götürür və ödənilməyən pay haqqına görə məsuliyyət daşıyır. X1 Elşad Əlyusif oğlu ilə birgə nikah dövründə əldə etdikləri BMW-530İ markalı 10-SG530 i/o dövlət qeydiyyat nişanlı avtomobilə və VAZ-21074 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüquqlarınından Borclu Əlyusif oğlunun xeyinə imtina edir. X7 iddia tələbinin BMW-530İ markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə Borclu Əlyusif oğlu ilə X13 arasında bağlanmış xx.xx.2012ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin avtomobilə dair X8 adına verilmiş xx.xx.2012-ci il tarixli şəhadətnamənin ləğv edilməsi, BMW-530İ markalı 10- SG530 i/o dövlət qeydiyyat nişanlı avtomobil və VAZ-21074 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ¼ hissədə X4 mülkiyyət hüququnun tanınmasına dair hissələrindən imtina edir. Barışıq sazişi imzalandıqdan dərhal sonra sözügedən mənzilə dair qrafikə uyğun ödənilməsi gecikdirilmiş pay haqqlarını X20 MMC-yə ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6484 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən ünvan 2 ünvanında yerləşən 1 ədəd Panasonic markalı kondisioner, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı balaca kondisioner (pəncərə içi), divan-kreslo dəsti və Arveks mebel mağazasından yataq dəstinin ünvan 3 ünvanında yerləşən 1 ədəd Sony markalı 55 ekran LCD televizor və Saloğlu firmasından stol-stul dəstinin üzərinə həbs qoyulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər birinin qiyməti 400 manat məbləğində olan 4 ədəd Emiland firmasından olan kostyumlar, qiyməti 600 manat olan 1 ədəd Brioni firmasından olan kostyum, hər birinin qiyməti 300 manat olan 3 ədəd digər firmalardan olan kostyumlar, hər birinin qiyməti 100 manat olan Boss, Gucci, Ted lapidus, Nike və digər firmalardan olan sviterlər, qiyməti 450 manat olan 1 ədəd göy rəngli Boss firmasından olan kurtka, hər birinin qiyməti 100 manat olan 2 ədəd Boss, 2 ədəd Philip Plein, 2 ədəd Daniel Hecheter firmasından olan cəmi 6 ədəd cins şalvarlar,hər birinin qiyməti 70 manat olan 1 ədəd Nike firmasından 1 ədəd Calvin Clain firmasından olan 2 ədəd krassovka, qiyməti 150 manat olan Alberto Guardiani firmasından olan 2 ədəd krassovka,qiyməti 150 manat olan Mirko Ciccioli firmasından olan ayaqqabı, qiyməti 450 manat olan Valentiono firmasından olan ayaqqabı, qiyməti 150 manat olan Daniel Hechter fiirmasından olan ayaqqabı, hər birinin qiyməti 50 manat olan 10 ədəd Philipp Plein və digər firmalardan olan köynəklər, qiyməti 450 manat olan Tissot firmasından olan qol saatı, qiyməti 200 manat olan Raimond Pie firmasından olan qol saatı, hər birinin qiyməti 70 manat olan 5 ədəd Calvin Clain, Danie Hechter, Salvatore Feregamo və digər firmalardan olan idman kostyumları X3 alınaraq Borclu verilməlidi. Qarşılıqlı iddia üzrə : qiyməti 882 manat olan Sharp markalı soyuducu qiyməti 580 manat olan LG paltaryuyan maşın,qiyməti 171 manat olan Rainford markalı qaz üstü, qiyməti 80 manat olan Satum markalı çörəkbişirən, qiyməti 415 ABŞ dolları olan LG firmasından olan 42 ekran plazma televizor, qiyməti 1600 ABŞ dolları olan Bompani markalı qabyuyan maşın, qiyməti 1000 manat olan Saloğlu firmasından olan 1 ədəd divan və 2 ədəd kresloda ¼ hissədə X4 ¼ hissədə Borclu payı müəyyən edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkməsinin 2(011)-667 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X3 69680 manat məbləğində çəkilmiş təmir xərclərinin əvəzi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq Borclu ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti X3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2019 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarının saxlanması üçün hər uşağa görə 125 manat ümumilikdə 250 manat aliment hər ay Borclu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-537 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu azyaşlı övladları xx.xx.2003-cü il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü övladları ilə hər həftənin bazar günləri saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olmaq üçün görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6041 saylı xx.xx.2021-ci il tarixli qətnamə üzrə alimentin miqdarı artırılmalı, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tələbi təmin edilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X11 Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn ixtisasının bakalavr pilləsi üzrə təhsilini başa vuranadək Borclu hər ay 175 manat miqdarında əlavə xərclər olan pul vəsaiti tutularaq X6 xeyrinə ödənilməlidir. Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar olaraq tərəflər barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən tərəflər hər iki qətnamələrin icrası ilə bağlı razılığa gəlmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə tərəflərin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Tələbkar X9, X12 və Borclu arasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Barışıq sazişnini şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Tərəflər Borclu və X7 yuxarıda qeyd olunan məhkəmə qətnamələri və qərardadlarının icrası barədə ümumi razılığa gələrək bəyan edirlər ki, bir-birlərinə qarşı irəli sürdükləri tələblərdən imtina edirlər və gələcəkdə bir daha bu barədə hər hansı iddiada olmurlar.
2. X2 bəyan edir ki, ünvan 4 ünvanda inşa edilmiş 15 mərtəbəli binanın D blokunun 13-cü mərtəbəsində 4 otaqlı ümumi sahəsi 149.6 kv metr olan 52 saylı mənzilin qalıq borcunu sözügedən mənzili sataraq “X20” MMC-nə ödəmiş və ödənilən borcun Borclu tələb edilməsindən imtina edir. Bu səbəbdən Xətai rayon icra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4549 saylı xx.xx.2012-ci il tarixli qərardadına xitam verilməsini xahiş edərək sözügedən icra sənədi üzrə Borclu barəsində tətbiq olunmuş bütün icra tədbirlərini,həmçinin cinayət işinə xitam verilməsini xahiş edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tərəflər bəyan edirlər ki, bir-birlərinə qarşı hər hansı tələbləri yoxdur və bu iş üzrə də icraata xitam verilməsini xahiş edirlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkməsinin 2(011)-667 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X3 69680 manat məbləğində çəkilmiş təmir xərclərinin əvəzi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq Borclu ödənilməsindən Borclu o şərtlə imtina edir ki, yuxarıda qeyd olunan bütün icra sənədləri üzrə tələblərdən (yəni aliment üzrə tələbdən.mənzilə dair ödənişdən və digərlərindən) X7 imtina edir və bu barədə heç bir iddiada olmur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2019 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarının saxlanması üçün hər uşağa görə 125 manat ümumilikdə 250 manat aliment hər ay Borclu tutularaq tələbkar X4 xeyrinə ödənilməsinə dair tələbdən X7 imtina edir və yaranmış bütün aliment borcları silinir.
6. Tərəflər bəyan edirlər ki Xətai Rayon Məhkəməsinin 2(011)-537 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə iş üzrə icraata xitam verilir və tərəflər öz aralarında uşaqla ünsiyyət məsələsini müstəqil olaraq təmin edirlər.
7. Xətai Rayon Məhkəməsinin 2(011)-6041 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X7 aliment borcunun olmamasını bəyan edərək sözügedən alimentdən də imtina edir, həmçinin X11 təhsil xərcinə görə nəzərdə tutulmuş 175 manat pul vəsaiti üzrə borcun olmamasını bəyan edərək həmin pulun tutulmasından imtina edir.
8. Tərəflər bir daha qeyd edirlər ki, qeyd olunan icra sənədləri üzrə icraata xitam verilməklə yanaşı tətbiq edilmiş bütün icra tədbirləri hər iki tərəfə münasibətdə ləğv edilir.
9. Bu barışıq sazişi təsdiq olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2019 saylı xx.xx.2014-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-667 saylı xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-537 saylı xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432 saylı xx.xx.2015-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-6484 saylı xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4549 saylı xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6041 saylı xx.xx.2021 -ci il tarixli icra sənədləri üzrə icraata xitam verilir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı