Məhkəmə qərarları › İş №8(011)-263/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-263/2025

07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-263/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Tələbkar iştirakı ilə, Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məqafil Cəfərovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məqafil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında icra sənədi üzrə borclunun Qobustan rayonu, Xilmilli kəndində yerləşən mülkiyyətində 0.02 ha torpaq sahəsinin və ya 0.11 ha torpaq sahəsinin hərraca çıxarılması barədə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5641/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 88000 (səksən səkkiz min) manat məbləğində və xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar ödənilməsi barədə qərar verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar, Xətai rayon İcra şöbəsi tərəfindən Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0,02 ha torpaq sahəsi aşkar edilərək həmin əmlakın üzrəinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardada əsasən borclunun Qobustan rayonu Xilmilli kəndində yerləşən 0,11 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və bundan sonra icra şöbəsi tərəfindən qərardad icra olunması üçün Qobustan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi icraata qəbul edlmiş, üzərinə həbs qoyulmuş daşınmaz əmlak qiymtləndirilmə xidməti tərəfindən qiymətləndiririlmiş lakin hərraca çıxarılarakən Borclu Qobustan rayonu Xilmilli kəndində yerləşən mülkiyyətində 0,11 ha torpaq sahəsi deyil, 0,02 ha torpaq sahəsinin olduğu çıxarışla müəyyən edilmişdir. Odur ki, icra sənədi üzrə borclunun Qobustan rayonu Xilmilli kəndində yerləşən mülkiyyətində 0.02 ha torpaq sahəsinin və ya 0,11 ha torpaq sahəsinin hərraca çıxarılması barədə izah verilməsi xahiş olunur. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qərardadın izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi Borclu xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 88000 (səksən səkkiz min) manat Fatma İslam qızı ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 25000 (iyirmi beş min) manat cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0.11 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu məxsusdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədini icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla müraciət edərək Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra müəyyən edilmişdir ki, Borclu mülkiyyətində Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi deyil, 0.02 ha torpaq sahəsi vardır. Odur ki, məhkəmə hesab edir ki, qərardada göstərilən qaydada izah verilməsi qərardadın real icrasının təmin edilməsi xarakteri daşıdığından və qərardadın məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qərardadda “Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsuni” dedikdə "ümumi paylı mülkiyyətdə Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin Borclu məxsus 0,02 ha payının üzərinə həbsin qoyulması" barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında “Borclu məxsus Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsuni” ifadəsi “Borclu ümumi paylı mülkiyyətdə olan Qobustan rayonu, Xilmilli kəndində ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin Borclu məxsus 0,02 ha payının üzərinə həbsin qoyulması” kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar