Məhkəmə qərarları › İş №8(011)-266/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-266/2025

06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-266/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi Tələbkar və Borclu iştirakı ilə, Tələbkar alimentin minimum əmək haqqına uyğun indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş borclu maddi imkanının çətin olması və xəstəliyi ilə bağlı ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 14 iyul 2010-cu il təvəllüdlü X2 və 14 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı:

1. Minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə 14 iyul 2010-cu il təvəllüdlü X2 və 14 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 2020-ci ildə alimentin 140 manat məbləğində təyin olunmasını və həmin vaxt minimum aylıq əmək haqqının 250 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2020-ci ildə minimum aylıq əmək haqqının 0,56 misli həddində aliment tutulması qət edildiyindən, alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 232, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 14 iyul 2010-cu il təvəllüdlü X2 və 14 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar