Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-272/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkar, Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsinə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-7139 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Radioquraşdırma MMC-dən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 10111,54 manat pul məbləği tutularaq Tələbkar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməlidir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar tərəflərindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Bundan sonra Radioquraşdırma Zavodu MMC tərəfindən qeyd olunan borcdan ilkin olaraq 5000 manat pul vəsaiti Xətai rayon icra şöbəsinin depozit hesabına köçürülmüş və həmin pu vəsaiti tərəflərindən 17/74-40/14 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi bank hesabına köçürülmüşdür. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən qeyd olunan 5000 manat pul vəsaitinin MEİS-in Sığorta altsisteminin Reyestr bölməsinə daxil olduğu və sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüldüyü qeyd olunmuş və sözügedən 5000 manat məbləğində səhvən ödənilmiş pul vəsaitinin geri qaytarılması üçün Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə ki, qeyd olunan məsələ ilə əlaqədar tərəflərindən Dövlət Vergi Xidmətinə müraciət olunmuş və Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qeyd olunan məsələnin həlli üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması tövsiyə edilmişdir. Göründüyü kimi, ilkin olaraq ödənilmiş 5000 manat sığorta haqqı hər iki dövlət orqanında aidiyyəti üzrə Tələbkar hesabına köçürülməsi mümkün olmur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilməmiş 10111,54 manat pul məbləğinin tutularaq Tələbkar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməsi qət olunmuşdur. Tələbkar məhkəmə iclasında 10111,54 manatın necə 7900 manat olduğunu soruşmuşdur. Qeyd etmişdir ki, borc ödənir və bu iş 2 ildir ki, davam edir, lakin hesabında dəyişiklik görünmür. Müəssisənin borcundan ümumi ödəniş olunsa da, pensiyasına 1 manat belə köçməmişdir, 2 ildir artıq pensiyaya çıxmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış məlumatlara əsasən bildirmişdir ki, Tələbkar "xxxx" MMC əmək fəaliyyəti ilə məşğul olduğu dövr üzrə (2007-2020-ci illər) məcburi dövlət sosial sığortasına cəlb olunan cəmi gəliri 87367,13 manat, ona nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 21841,78 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı cari tarixə 13921,02 manat (fərq: - 7920,76 manat) təşkil edir. Qeyd etmişdir ki, fərdi şəxsi hesablarında xeyirlərinə ödənilməli məcburi dövlət sosial sığorta haqqından daha az məbləğin əks olunması sığortaolunanların gələcək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan pensiya təminatı və sosial müdafiənin təmin olunması ilə bağlı digər müavinətlərdən istifadə etmələrində çətinliklər yaradır və bu da öz növbəsində onların narazılığına səbəb olur. Bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Əlavə olaraq qeyd etmişdir ki, Qanuna edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qanunvericilikdə digər qayda nəzərdə tutulmamışdır. İstənilən halda ödəniş olunduqca bu məbləğ azala-azala getməkdə davam edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ünvanlanan məlumata uyğun olaraq bildirmişdir ki, icra məmurunun xx/xx-44743/16 nömrəli xx.xx.2025-ci il tarixli ərizəsində, icra sənədinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) ödədiyi və icra şöbəsinin depozit hesabında qalan 5111,14 manat məbləğində pul vəsaitinin iddiaçı X2 şəxsi bank hesabına köçürülməsinin mümkün olub-olmaması barədə münasibətin bildirilməsi xahiş edilmişdir. Bildirmişdir ki, sosial sığorta haqqının 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada vergi orqanları həyata keçirilir. Göründüyü kimi qanunvericiliyinə əsasən ödənilmiş sosial sığorta haqlarının şəxslərin hesablarına köçürülməsi vergi orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Əlavə olaraq qeyd etmişlər ki, xx.xx.2024-cü il tarixə MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə 2861899,17 manat əsas, 914289,25 manat faiz borcu qalmışdır. Məhkəmədə iddia qaldırılıb-qaldırılmamasından asılı olmayaraq qanunla ödənilməli məbləğdir. Borclar ödənildikcə tələbkara olan borc da mütəmadi olaraq ödəniləcək. İcra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, icra vərəqəsində birbaşa göstərilən 10111,54 manat, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilməmiş 10111,54 manat pul məbləğinin tutularaq Tələbkar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında olan hesabına köçürülməsi qət edilmişdir. Bu işin icrası zamanı borclu tərəfindən ödəniş edilib, lakin həmin hesaba köçürülməyib. Borclunun borcundan çıxıb bir neçə yerə bölünüb. Tələbkarda depozitdə olan ödənişin vətəndaşın hesabına köçürülməsinin mümkünlüyü ilə bağlı sual yaranır ki, 5000 manat necə qaytarılacaqdır. Borclunun digər şəxslər qarşısında olan borcu yox, qətnamənin necə icra olunacağı ilə bağlı Əlifağa bəyə münasibətdə dəqiqləşdirmək istəyir. Məhkəmədən qətnamənin izah olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlı tərəfindən e44743/2023-1-44-006 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanan məktuba 3-17-1/2-243163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında məktubdan görünür ki, MEİS-in “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsisteminin “Reyestr” bölməsində xx.xx.2024-cü il tarixdə ödənilmiş 5000 manat məbləğində vəsait sığortaedən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (SUN: **********2; VÖEN: **********) ödəniş məlumatlarında xx.xx.2024-cü il tarixində öz əksini tapmış və sözügedən məbləğ Ədliyyə Nazirliyinin təqdim etdiyi 2024-cü ilin İ rübü üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatında sığortaolunanlar arasında proporsinal qaydada bölüşdürülmüşdür. Köçürülmüş 5000 (beş min) manat məbləğində səhvən ödənilmiş vəsaitin sığortaedənin hesabına geri qaytarılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət qeyd olunmuşdur. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlı tərəfindən e44743/2023-1-44-007 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan məktuba 3-21-2-3/2- 166594/2024 saylı müraciətə baxılması barədə məktubdan görünür ki, müraciətə əsasən xx.xx.2024-cü il tarixli 5000 manat vəsaitin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəxsi hesab vərəqəsindən çıxarılıb "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə işlənilməsi təmin edilmişdir. Ödənilmiş sosial sığorta haqları barədə məlumatların işçilərin fərdi şəxsi hesablarında əks etdirilməsi üçün aidiyyəti üzrə “Dövlət Sosial Müdafiə Fondu” X4 müraciət etməyi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-272/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-272/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver