Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-276/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12.11.2020-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5382/2020-006 nömrəli, 16.10.2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1976-cı ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş və Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan Borclu 2003cü il 04 mart təvəllüdlü X2 və 2004-cü il 25 may təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14.09.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş), cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12.11.2020-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 3740 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5382/2020 saylı, 16.10.2020-ci il tarixli icra vərəqəsi ilə Borclu 2003-cü il 04 mart təvəllüdlü X2 və 2004-cü il 25 may təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14.09.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş), cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərəfindən 12.11.2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş göndərilmişdir. 27.11.2020-ci il tarixində həmin qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. İş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə 27.11.2020-ci il tarixində verdiyi yazılı izahatında məhkəmənin icra vərəqəsindən xəbərinin olmamasını, ona görə də 14.09.2020-ci il tarixdən bugünkü günə qədər 680 manat məbləğində borc yarandığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, qısa bir zamanda yəni, 02.12.2020-ci il tarixinə kimi ödənişi edib, çeki icra şöbəsinə təqdim edəcəkdir. İş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə 04.11.2021-ci il tarixində verdiyi yazılı izahatında məhkəmənin icra vərəqəsindən xəbərinin olduğunu, borcunu ödəməkdən imtina etmədiyini bildirmişdir. Alimentini hissəhissə də olsa ödəmişdir. Lakin bugünkü gün borcdan heçnə ödəyə bilmir və ödəmək fikri də yoxdur. Göründüyü kimi, borclu icra məmurunun qərarını rəsmi qaydada aldığı halda, icra sənədi üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1976-cı ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş və Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-276/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-276/2022
08.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver