Məhkəmə qərarları › İş №8(011)-279/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-279/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-279/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 8402/2024 saylı qətnaməsi ilə xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədlə Borclu onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilmiş alimentin tutulması hisəssində dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin indeksasiyasına uyğun olaraq sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)8402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün borclunun əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi həmin alimentin indeksasiya olunmasını tələb edir. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-2-ci bəndində qeyd edilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.” Qeyd edilənlərdən də göründüyü kimi, həm Mülki Prosessual Məcəllənin 110.1-ci maddəsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında müəyyən edilən qaydada qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan alimentin indeksasiyası yalnız alimentin sabit pul məbləğində, yəni konkret məbləğlə ifadə edildiyi halda mümkündür. Lakin, işin hallarından da göründüyü kimi tələbkarı tələbi mahiyyət etibarı ilə alimentin miqdarının artırlmasından ibarətdir. Belə ki, tələbkar ərizəsində də qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə aliment tutularkən borclu həm əmək haqqı, həm də yaşa görə pensiya alırdı. Lakin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra borclu qəsdən işdən çıxdığından, tutulan aliment uşaqların tələbatlarını ödəmir. Göründüyü kimi, ərizədə qeyd edilən hallar, qanunla müəyyən edilmiş əsaslar olduğu halda bu barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə MPM-in 232-ci maddələrinə müvafiq olaraq məhkəmə qərarının icrası (icra icraatı) qaydasında baxılmalı olmadığın, yəni iddia icraatı qaydasında baxılmalı olduğundan, ərizənin icraata qəbulundan imtina edilməli və ərizəçiyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Tələbkara alimentin miqdarının dəyişdirilməsi tələbi baradə idida ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar