Məhkəmə qərarları › İş №8(011)-281/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-281/2023

28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-281/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova - icra sənədi üzrə Borclu məxsus **-MC-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3877/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 682.43 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus **-MC-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobil müəyyən edilmişdir.\ Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın mahiyyətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın rədd edilməməsini xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi Borclu cəmi 682.43 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3877/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş Borclu Mirəmməd oğluna aid şəxsi kartoçkadan onun mülkiyyətində **-MC-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobilin olduğu görünür, lakin həmin məlumatın son sorğulanma tarixi xx.xx.2022-ci ildir. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından Borclu mülkiyyətində hal-hazərda hər hansı nəqliyyat vasitəsinin olmadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu mülkiyyətində **-MC-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobilin olmadığından təqdimat əsassız hesab edilərək təmin edilməsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu məxsus **-MC-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” minik markalı avtomobilin üzərinə həbsin qoyulmasına dair Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar