Məhkəmə qərarları › İş №8(011)-284/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-284/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-284/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, X2 borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Borclu Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2103/2021 nömrəli 25.02.2021-ci il tarixli qətnamənin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki Bildirirəm ki,İddiaçı X4 cavabdeh X8 qarşı - cavabdehdən maddi zərərin evəzi olaraq 15000 manat, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 15030 manat pulun X5 xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X8 yeni mağaza tikməsi üçün torpaq sahəsi almaq məqsədilə 15000 manat pul vermişdir. Cavabdeh tanışı X9 vasitəsilə ona yeni torpaq sahəsi alacağını bildirmişdir. Lakin hazırki günədək nə torpaq sahəsini almamış, nə də alınan pulu geri qaytarmamışdır İddiaçı X1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, X6 maddi zərərin əvəzi olaraq 15000 manat, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 15030 manat pulun Tələbkar xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai rayon məhkəməsinin Hakimi Rəhimli Lalə Elxan qızının sədrliyi ilə mülki işə açıq məhkəmə iclasında baxaraq 2(011)- 2103/2021saylı 25.02.2021-ci il tarixli qətnaməsində İddia təmin edilmiş, 15000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi X6 alınaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir.Qətnamə icra edilməsi ücün Xətai rayon icra şöbəsinə göndərilmişdir.Tələbkarın nümayəndəsi məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qətnamənin hissə-hissə icrasının mümkünlüyü borclunun əmlak vəziyyəti ilə şərtləndirilmişdir. Ərizəçi isə qətnamənin hissə-hissə icrasını tələb edərkən borcu bütöv ödəyə bilməməsi ilə əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə, buna dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, borclunun ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar