Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-284/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar1 iştirakı ilə, Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun qərardadın izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar Tələbkar1 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, Tələbkar1 xeyrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat rəsmi, 937 manat qeyri-rəsmi əməkhaqqının, həmçinin işdən azad olmaya görə son haqq-hesabın, Tələbkar2 03.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat rəsmi, 2743 manat qeyri-rəsmi əməkhaqqının, həmçinin işdən azad olmaya görə son haqq-hesabın cavabdehdən alınaraq verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Tələbkar1 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsinin Borclu MMC-yə həvalə edilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat əmək haqqı və son haqq-hesabın Borclu MMC-dən tutularaq Tələbkar1 ödənilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat əmək haqqı və son haqq-hesabın Borclu MMC-dən tutularaq Tələbkar2 ödənilməsi qət edilmişdir. İcra məmuru Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5726/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə Tələbkar1 veriləcək son haqq-hesabın hansı tarixdən hesablanması barədə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İcra məmuru qeyd etmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra tərəflər icra şöbəsinə çağırılmış və tələbkarlardan Tələbkar1 şöbəyə gələrək son haqq-hesabın hesablanması qaydasının onun əmək müqaviləsinə xitam verilmədiyinə görə işləmədiyi dövrü də əhatə etdiyini vurğulayaraq Borclu MMC-nin rəhbəri Aydın adlı şəxsin məhkəmədə bu barədə şifahi qaydada öhdəlik götürdüyünü bildirmişdir. Beləliklə, son haqq-hesabın hesablanması qaydasında anlaşılmazlıq yaranmışdır. Tələbkar məhkəmə baxışı zamanı ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Digər tərəflər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 5726/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Tələbkar1 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsinin Borclu MMC-yə həvalə edilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat əmək haqqı və son haqq-hesabın Borclu MMC-dən tutularaq Tələbkar1 ödənilməsi, habelə, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat əmək haqqı və son haqq-hesabın Borclu MMCdən tutularaq Tələbkar2 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli qətnamənin “qət etdi” hissəsində Tələbkar1 ödənilməli olan son haqq-hesabın tutulması qeyd olunsa da, son haqq-hesabın hesablanmasının hansı tarixdən başlanması göstərilmədiyindən, bu məhkəmə qətnaməsinin icrası mərhələsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qətnamənin icrası ilə bağlı yarana biləcək hər hansı çətinliklərin baş verməməsi üçün, eləcə də ərizədə qeyd edilən son haqq-hesanın hesablanmasının hansı tarixdən başlanması qaydasında qətnaməyə izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından icra məmurunun ərizəsi təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən müddəadan da görünür ki, işçinin son haqq-hesabı işəgötürən tərəfindən sonuncu iş günü müəyyənləşdirilərək işçiyə ödənilməlidir. Son haqq-hesabın sonuncu iş günü verilməsinin qanunla nəzərdə tutulması, əsasən işçinin hüquqlarının qorunmasına xidmət edir. Belə ki, işçi işdən azad edildiyi günədək icra etdiyi bütün işlərin haqqını, həmçinin əmək funksiyasını yerinə yetirməyə görə qanunla müəyyən edilmiş digər ödənişləri almaq hüququna malikdir. Digər bir tərəfdən, son haqq-hesabın sonuncu iş günü işçiyə ödənilməsi həm də, işəgötürən tərəfindən hesablaşmaların düzgün aparılmasına, yarana biləcək sonrakı mübahisələrin qarşısının alınmasına xidmət etmiş olur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Tələbkar1la bağlanmış əmək müqaviləsinə borclu tərəfindən hələ xitam verilməmiş və əmək müqaviləsinə xitam verilərəkən qanunla qaytarılmalı olan digər sənədlər ona verilməmişdir. Məhkəmə hesab edir ki, bu halda Tələbkar1la son haqq-hesab ƏM-nin 83.2-ci maddəsinə müvafiq olaraq, yəni əmək müqaviləsinə xitam verildiyi gün aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmurunun ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5726/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “...və son haqq-hesab Borclu MMC-dən tutularaq Tələbkar1 ödənilsin” hissədə “...və əmək müqaviləsinə xitam verildiyi günədək son haqq-hesab Borclu MMC-dən tutularaq Tələbkar1 ödənilsin” qaydasında izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-284/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-284/2023
03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver