Məhkəmə qərarları › İş №8(011)-287/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-287/2022

08.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-287/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X2 qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-6949/2021 saylı mülki iş üzrə 05.10.2021-ci il tarixli qətnaməsinə izah verərək alimentin əmək haqqının hansı hissəsindən tutulmasına dair izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 6949/2021 saylı mülki iş üzrə 05.10.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 ilə onun arasında 07.01.2015-ci il tarixdə 2 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində 35 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və 19.08.2021-ci il tarixdən başlayaraq 18.10.2015-ci il təvəllüdlü X1 üçün məndən qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Onun rəsmi əmək haqqı 1395,45 manatdır. Bu məbləğdən müəyyən məbləğdə məcburi ödəmələr tutulur. Lakin, işlədiyi yerdən onun əmək haqqımdan tutulmalar məcburi ödənişlər tutulmayan hissədən tutulur. Buna etiraz etsə də, işlədiyi yerin maliyyə şöbəsindən bunun üçün hər hansısa əsaslarının olmamasını bildirirlər. Qətnamədən isə tutulmanın əmək haqqının hansı hissəsindən tutulması məlum deyil. Buna görə də, məhkəmə əmək haqqının hansı hissəsindən tutulmanın aparılması barədə ona və işlədiyi dövlət təşkilatına izah verə bilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və ərizəçi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, ərizəçinin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)- 6949/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddia tələbi təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 07.01.2015-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 35 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 18.10.2015-ci il təvəllüdlü X5 anası X3 yanında saxlanılması, 19.08.2021-ci il tarixdən başlayaraq X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda ərizəçi bildirir ki, hər ay onun tərəfindən ödənilməli olan aliment rəsmi əmək haqqının məcburi ödənişlər tutulmayan hissəsindən tutulur. Məhkəmə qeyd edir ki, qətnamədə cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması dedikdə, onun əmək haqqının və (və ya) digər gəlirlərindən vergilər tutulduqdan sonra qalan məbləğinin dörddə bir hissəsindən alimentin tutulmasını nəzərdə tutulur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Məhkəmə hesab edir ki, qətnamənin icrası ilə bağlı yarana biləcək hər hansı çətinliklərin baş verməməsi üçün, eləcə də ərizədə qeyd edilən alimentin ərizəçinin əmək haqqısının hansı hissəsindən tutulmasına izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından alimentin ərizəçinin əmək haqqısının hansı hissəsindən tutulması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6949/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsində “X6 qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq” ifadəsi “X7 əmək haqqından və digər gəlirlərindən vergilər tutulduqdan sonra qazancının və (və ya) digər gəlirlərinin dörddə bir hissəsindən aliment tutularaq” qaydasında izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar