Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-288/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus "HYUNDAİ SANTA FE" minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı və “KİA SORENTO” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-1268/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1468.34 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "HYUNDAİ SANTA FE" minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı və “KİA SORENTO” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri müəyyən edilmişdir.İcra sənədi üzrə borcdan ödəniş olmayıb, həmçinin ümumi məbləğin 7% icra ödənişi ödənilməyib. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən "HYUNDAİ SANTA FE" minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı və “KİA SORENTO” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da icra sənədinin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobilin hər birinin ayrılıqda dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən nəqliyyat vasitələrindən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil, nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, minik avtonəqliyyatı ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat qismən təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobillərdən birinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “KİA SORENTO” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-288/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-288/2023
19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver