Məhkəmə qərarları › İş №8(011)-289/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-289/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-289/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, X3nın barışıq sazişinin təsdiq edilməsi və alimentin indeksasiya edilməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 xx.xx.2023-cü il tarixli, MŞB/8/202-01697 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Maraqlı şəxs iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşağa görə ölkə üzrə müyyən olunmuş minimum əmək haqqı məbləğinin ideksasiyasına uyğun olaraq sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin tələbi həm xx.xx.2023-cü il tarixli, MŞB/8/202-01697 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi, həm də xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Maraqlı şəxs iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşağa görə ölkə üzrə müyyən olunmuş minimum əmək haqqı məbləğinin ideksasiyasına uyğun olaraq sabit pul məbləğində alimentin müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Göründüyü kimi, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müraciətlərə məhkəməyə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində baxılır. Digər tərəfdən alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə uyğun ideksasiya edilməsi ilə bağlı tələblərə isə məhkəmələr tərəfindən icra icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında müraciət etməli olduğu halda aliment məbləğinin indeksasiya edilməsi tələbi ilə birlikdə icra icraatı qaydasında müraciət etdiyindən həmin tələbə icra icraatı qaydasında baxılması yolverilməzdir. Göründüyü kimi, Alıeva Rukhıza ərizənin qanunvericliklə müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıda istinad edilən müddəanın tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra icraatı qaydasında müraciət edilmiş ərizələrin baxılmamış saxlanılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tənzimlənmədiyindən, hazırkı ərizə üzrə üzrə analogiya üzrə iddia ərizələrinin geri qaytarılması qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Alıeva Rukhıza "xxxx" ASC vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: X3 xx.xx.2023-cü il tarixli, MŞB/8/202-01697 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Maraqlı şəxs iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşağa görə ölkə üzrə müyyən olunmuş minimum əmək haqqı məbləğinin ideksasiyasına uyğun olaraq sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Alıeva Rukhıza tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar