Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-293/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X3 Tələbkar yanlış ünvana köçürməsi hərəkətinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu məhkəmə proseslərində mübahisələndirilmiş və məhkəmədə tam sübuta yetirilmiş ünvandakı mənzillərlə əlaqədar sübutları məhkəməyə təqdim etmiş və həmin sübutlar əsasında qətnamənin təsviri hissəsində zəruri qeydlər verilmişdir. Tələbkar köçürüləcəyi ünvanda olmayan yaşayış otaqlarının ölçüləri göstərilmişdir. İcra məmuru Tələbkar ilə əlbir olub qətnamənin 4-cü səhifəsinin 2-ci abzasında Tələbkar köçürüləcəyi ünvanda otaqların ölçüləri qeyd olunsa da, icra məmuru Tələbkarın göstərdiyi ünvandakı mənzillərə köçürmək istəyir. Tələbkarın köçürüləcəyi ünvanın eskizini ünvan 1ayaraq ünvan 2 MKİS-ni Xətai rayonu, A.Qurban küçəsi, ev 25/19A saylı ünvanda olan mənzillərin yerini müəyyən etməyə cəlb etmir. İcra məmuru mənzilin yerini müəyyən etmək məqsədi ilə Xətai rayonu Xətai Bələdiyyəsinin əməkdaşlarını mənzilə köçürülməyə cəlb edir. Xətai rayon Bələdiyyəsinin əməkdaşları mənzilin yerini tanımır, nə də Xətai rayonu, A.Qurban küçəsi, ev 25/19A saylı ünvandakı mənzillərə aid hər hansı sənəd nə Tələbkar, nə də borcluya verməmişdir. Məhkəmə iclasında iştirak etmiş borlcu X5 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallırını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Tələbkar ünvan 3 ünvanda yerləşən evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayin İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qətnamənin icrası ilə əlaqədar izahla bağlı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verildiyi üçün icra sənədinin icrası qeyri-müəyyən vaxta təxirə salınaraq bu barədə müvafiq akt tərtib edilmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunmşdur ki, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası qeyrimüəyyən vaxta təxirə salınmışdır. Odur ki, hazırda icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı hərəkət həyata keçirilmədiyindən, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən borclu tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmuru X3 hərəkətlərindən X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-293/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-293/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver