Məhkəmə qərarları › İş №8(011)-3/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-3/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-3/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu iştirakı ilə X3 Borclu qarşı “pulun indeksasiya olunmaqla ödənilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X1 Gündüz Akif oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli, eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri, habelə Bakı şəhəri, Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat, ümumilikdə ödənilməli olan 69832,78 manat pul vəsaitinə münasibətdə Azərbaycan Respublikasında inflyasiya göstəriciləri və Mərkəzi Bankın rəsmi uçot faiz dərəcəsi nəzərə alınmaqla 2022-ci il üzrə istehlak qiymətlərinin artması ilə əlaqədar faiz dərəcənin 8% inflyasiyanın artım səviyyəsi kimi qəbul olunub ödənilməli olan 69832,78 manata tətbiq edilib, 2022-ci il üçün 5586,62 manat indeksasiya məbləği Borclu tutularaq xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar E.M.Rəhimov tələbin dəqiqləşdirilməi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018ci il (59248,4 manat) tarixli eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)- 17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat, ümumilikdə ödənilməli olan 69832,78 manat pul vəsaitinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunan və 2022-ci il noyabr ayı tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin Borclu tutularaq xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu cəmi 59248,4 manatın X3 xeyrinə tutulması qət edilmiş, qətnamə qüvvəsini almış, icraya yönəldilmişdir, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə Borclu 5921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat cəmi 6451,84 manatın xeyrinə tutulması qət edimiş, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmişdir, bundan başqa, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu xeyrinə 4132,54 manat tutulması qərara alınmış, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmişdir, Azərbaycan Respublikası adında çıxarılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin məhkəmə qətnamələri, habelə qərardadı hal hazıradək icra edilməmişdir, icra məmuru K.Həsənovanın qərarı ilə icra sənədləri ümumi icraatda birləşdirilmiş və bu fəaliyyət də ona müsbət nəticə verməmişdir, qeyd olunan vəsaitlər ona qaytarılmadığı səbəbindən bu müddət ərzində sözü gedən vəsaitləri inflyasiyanın təsirinə məruz qalmış, həmin zaman kəsiyində tələbkar kimi bazarda istehlak qiymətlərinin artması nəticəsində real zərərlə üzləşmişdir, ümumilikdə ödənilməli 69832,78 manat pul vəsaitinin 2022-ci il üçün qiymətdən düşməsi heç də mübahisə doğurmur. Məhkəmə iclasında Borclu tələbi qəbul etməyərək izahatında bildirdi ki, məhkəmədə artıq üç dəfə qətnamə və qərardad çıxarılmışdır, 50000 manat borca görə ondan bu qədər pul tutulmamalıdır, tələbkar nüfuzundan istifadə edərək həmişə onu məhkəməyə verir, nəticədə ziyanına məhkəmə aktları çıxarılır, ekspertiza rəyi ilə də razı deyildir, təkrar ekspertiza keçirilməsini xahiş edir. Sonda Borclu ərizənin rədd edilməsini xahiş etdi. Tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, onun məhkəmə iclasında iştirak etməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərk, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu cəmi 59248,4 manatın X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin Qərar ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə Borclu xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 (beş) faiz olmaqla illik 2960 (iki min doqquz yüz altmış) manat 92 (doxsan iki), iki illik 5921(beş min doqquz yüz iyirmi bir) manat 84 (səksən dörd) qəpik maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul məbləği tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Borclu X3 xeyrinə 2066,27 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-126/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadı ilə ərizəçi-tələbkar X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək, şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu X3 xeyrinə 4132,54 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Borclu alınaraq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon icra və probasiya şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında Məhkəmə Ekspertizası Mərkəzinin 9/9014 saylı, xx.xx.2022 saylı ekspert rəyindən görünür ki, 23 aprel 2021-ci ildən 2022-ci il noyabr ayı tarixinə qədər olan dövr ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 69832,78 manat məbləğində pul vəsaitinin 2022-ci il noyabr ayı tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 15293,37 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Beləliklə, məhkəmə tərəfindən müyyən edilmişdir ki, Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 59248,4 manat, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə 6451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat olmaqla, məhkəmə aktları üzrə cəmi 69832,78 manat məbləğində pulun tutularaq X4 ödənilməsi qət edilmişdir, həmin məbləğin indeksasiyası 15293,37 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat, ümumilikdə ödənilməli olan 69832,78 manat məbləğ indeksasiya olunmaqla 15293,37 manat miqdarda pul borcludan iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri borcluya aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil 50 manat ondan alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri və 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (4132,54 manat), ümumilikdə ödənilməli olan 69832,78 manat məbləğ indeksasiya olunmaqla 15293 (on beş min iki yüz doxsan üç) manat 37 (otuz yeddi) qəpik miqdarda pul Borclu alınaraq iddiaçı X4 ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar