Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-30/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin icra sənədi üzrə tələbkarın tələbdən imtina etməsi barədə təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2075/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu “X2” MMC-dən 19425 ABŞ dolları və 890 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclu “X2” MMC-nin ünvanına göndərilmişdir. Borcluya icra sənədində qeyd olunan tələbi könüllü təmin etməsi üçün 10 gün könüllü müddət təyin edilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, borclu “X2” MMC-yə olan iddiasından imtina etdiyini, heç bir tələbinin olmadığını bildirmiş və icra sənədinə xitam verilməsini xahiş etmişdir. Təqdimatda Tələbkar tələbdən imtinası məsələsinə barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, “X2” MMC ilə bağlı tələbindən imtina etdiyini bildirmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-2075/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, borclu 19.425 ABŞ dolları pul vəsaiti (ödəniş gününə Mərkəzi Bankın Azərbaycan manatı məzənnəsinə uyğun olaraq), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsinə görə gecikdirilmiş vaxt üçün 890 ABŞ dolları pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 193,60 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu MMC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 08 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqına qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-2075/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu “X2” MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 12 sentyabr 2023-cü il tarixli tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarın surətindən görünür ki, Borclu MMC-nin banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri 20315 ABŞ dolları məbləği həcmində həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-78/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadına əsasən Borclu MMC-yə məxsus "xxxx" MMC-də olan 51% təsis payının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanladığı icra sənədinin icraatına xitam verilməsi haqqında 23 dekabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, tələbkar “X2” MMC ilə bağlı tələbindən imtina etdiyini bildirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-2075/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmış, hazırda tələbkar borcluya qarşı olan tələbindən imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tələbkar icra sənədində qeyd olunan tələbindən imtina etdiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-2075/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-2075/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-30/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-30/2025
13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver