Məhkəmə qərarları › İş №8(011)-302/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-302/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-302/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hiss-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ayda 150 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun maddi vəziyyəti aşağı olduğu, başqa kredit borcu, azyaşlı uşağı və əlavə xərcləri olduğu üçün məbləği tam şəkildə ödəmək imkanı yoxdur. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar və icra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X3 cəmi 4736,50 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 68,36 manatın tutularaq “X9” ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və məşğulluq altsistmeninə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X5 atası X6r. Tətbiq edilən hüquq: İcra haqqında Qanun:

15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllə: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı:

12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi borclunun əmlak vəziyyəti ilə yanaşı, tələbkarın mənafeyi, məhkəmə aktının real icrasının təmin edilməsi imkanları nəzərə alınmaqla həll edilməlidir. Hazırki halda, qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olması (borclunun əmək qabiliyyətsiz olması, işləməməsi üçün hər hansı əsaslı səbəblərin olması və s.) müəyyən edilmir. Digər tərəfdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcludan tutulması müəyyən edilən 4736,50 manat məbləğin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsi qətnamənin 31 aydan çox olan müddətə icra edilməsi ilə nəticələnir. Borcun belə uzun müddətə ödənilməsi isə nəticədə tələbkarın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

X1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hiss-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar