Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-305/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi Tələbkar və Borclu iştirakı ilə, Tələbkar alimentin minimum əmək haqqına indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş borclu həmin vaxt işlədiyi üçün məhkəmə qətnaməsində alimentin 115 manat sabit pul məbləğində və qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində tutulmasının qət edildiyini bildirmiş, hazırda rəsmi iş yeri olmasa da hər ay tələbkara 190 manat aliment ödədiyini bildirmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və hər ay 115 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı:
1. Minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aliment həm cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində, həm də hər ay 115 manat sabit pul məbləğində təyin edildiyi üçün, tələbkarın alimentin indeksasiya olunmasına dair ərizəsi qismən təmin edilməli və yalnız sabit pul məbləğində tutulan hissədə aliment indeksasiya olunmalıdır. Məhkəmə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ildən alimentin sabit pul məbləğində tutulan hissəsinin 115 manat məbləğində təyin olunmasını və həmin ildə minimum aylıq əmək haqqının 300 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2022-cü ildən alimentin sabit pul məbləğində tutulan hissəsinin minimum aylıq əmək haqqının 0,38 misli həddində tutulması qət edildiyindən, alimentin sabit pul məbləğində tutulan hissəsinin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 232, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Ərizə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1051/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməli olan alimentin sabit pul məbləğində tutulan hissəsinin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Leyla Şövkətli-Mənsimli