Məhkəmə qərarları › İş №8(011)-309/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-309/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-309/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Şikayətçi-tələbkar X8, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun iştirakı ilə X14 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icraçı Orxan İsrafilli) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-1748/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon İcra Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tahir Teymurov izahatında bildirdi ki, Xətai rayon məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(011)-1748/2022 nömrəli qətnaməsi ilə cavabdeh X4 və X10 qarşı pul tələbimi təmin edərək, cavabdeh X2 4.700manat pulun alınaraq mənə ödənilməsini təmin etmişdir. X9 mənə qarşı 7500manat pul tələbini təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya məhkəməsi şikayəti rədd etmiş, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və iş üzrə icra vərəqəsi verilmişdir. İcra vərəqəsi əvvəlcə Xətai rayon İcra şöbəsinə,oradan borculun faktiki yaşadığın-Suraxanı rayon İcra şöbəsinə, bir müddət sonra Yasamal rayon İcra Şöbəsinə göndərimişdir. Yasamal rayon İcra Şöbəsi uzun müddət icra işini hərəkətsiz saxladıqdan sonra, işi yenidən Xətai rayon İcra şöbəsinə qaytarmış və İcra məmuru Orxan İsrafilovun icraatına verilmişdir. İcra Məmuru Orxan İsrafılov icra hərəkətləri etmədiyinə,icra işini hərəkətsiz saxladığına görə İcra şöbəsinə, İcra Baş İdarəsinə dəfələrlə şikayətlər vermişəm. Lakin icra məmuru haqqında heç bir qanuni tədbirlər görülməmişdir. İcra Məmuru məhkəmənin pulun hissə-hissə ödənilməsinə dair qərarı olmadığı halda özbaşına pulu hissə-hissə ödətdirir,çünkü bunu birtərəfli qaydada borclunun qardaşı ilə razılaşdırıb. İcra Məmuru bu günədək borclunun icra şöbəsinə gətrilməsinə nail ola bilməyib,izahatını almayıb,onun əmlakını axtarmayıb, ölkəndən çıxışına qadağa qoyulmayıb,tələb onun pensiyasına və digər gəlirlərinə yönəldilməyib.İcra məmuru borculunu icra şöbəsinə çağırmaq,pulun ödənilməsini təmin etmək əvəzinə onun qardaşı -Telman Əliyevə zənq edir,onun icra şöbəsinə gəlməsinə tələb edir. İcra Məmuruna dəflərlə şifahi və rəsmi etirazlar verməyimə baxmyaraq İcra şöbəsinin rəis əvəzi işi ondan ahb başqa icraçıya verməkdən imtina edir.Pulun indeksasiya edilməsi ilə bağlı qərar üzrə icra işini başqa icraçıya vermişdir.Halbuki tərəflər eyni olduğuna görə hər iki iş bir icaatda bilrləşdiriİməli idi. Məhkəmənin təqdim etdiyi xx.xx.2022-ci il tarixli icra vərəqəsində borclunun Bakı şəhəri,Suraxanı rayonu,Y/Günəşli qəsəbəsi “D”Y/S,19, 197 nömrəli mənzil göstərilsə də, faktiki olaraq borclu həmin ünvanda yaşasa da, icra məmuru icra işi üzrə hərəkətsizlik edir, borcun ödənilməsini təmin etməkdən imtina edir. İcra Məmuru borclu haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən müvafiq təqdimatı verməkdən imtina edir.Bütün bunlar ona dəlalət nəticəsində maraqlıdır,ona görə də icra etməkdən imtina edir. X18 şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov izahatında bildirdi ki, Xətai rayon icra şöbəsinin icraatında Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1748/2022 saylı icra sənədinə əsasən Cavabdeh X1 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X11 ödənilməlidir. (Xətai rayon Məhkəməsinin 8(011)-600/2023 saylı, xx.xx.2023-cü il tarxli qərardadına əsasən Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 4700 manat məbləğ indeksasiya olunmaqla 5123 (beş min yüz iyirmi üç) manat məbləğində pul X1 alınaraq X11 ödənilməlidir. Qeyd olunan icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Yasamal rayon icra şöbəsindən ərazi aidiyyəti üzrə Xətai rayon icra şöbəsinə daxil olmuş, həmin tarixdə borcluya rəsmi xəbərdarlıq göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Mehriban İsmayılova polis əməkdaşları tərəfindən Xətai rayon icra şöbəsinə təhvil verilmiş, həmin tarixdə borclu barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuş, məhkəməyə göndərilmiş və Xətai rayon Məhkəməsinin 3(011)2945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İsmayılova M.A. barəsində 500 manat məbləğində cərimə təhbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə X6 barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuş, məhkəməyə göndərilmiş, borclunun əməlində inzibati tərkibi olmadan 3(011)- 4537/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən icraata xitam verilmişdir. İcra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla məhkəməyə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli, 8(011)-862/2023 saylı qərardadına əsasən təqdimat təmin olunmamışdır. Əlavə olaraq bildirilirki borcu Mehriban İsmayılova tələbkar Tahir Teymurova xx.xx.2023-cü il tarixdə - 800 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il taixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 150 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat məbləğində pul vəsaitlərini ödəmişdir ki, ümumi ödəniş 2050 manat təşkil edir, həmçinin son olaraq borclu tərəfindən ödənişin həyata keçirilməsi təmin edilmişdir. Sonda icra məmuru Orxan İsrafilov qeyd etdiklərinin nəzərə alınaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətçinin və icra məmurunun izahatlarını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, cavabdeh X1 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X11 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, 67 (altmış yeddi) manat dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, X9 “X7 7500 manat pul tutularaq ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022-012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə X4 ünvanlanmış bildiriş xx.xx.2023-cü il tarixdə onun tərəfindən imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon icra şöbəsindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu X6 barəsində axtarış elan edilmiş və həmin qərar icra olunması üçün Bakı şəhəri Yasamal rayon Polis idarəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon icra şöbəsindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən borclu X4 xəbərdarlıq ünvanlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Polis idarəsinə borclu X6 barəsində olan axtarış tədbirlərinin surətləndirilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, borclu kimi axtarılan X6 xx.xx.2023cü il tarixdə saxlanılaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə Mehriban İsmayılova barəsinə açılmış xx.xx.2023-cü il tarixli 91276 nömrəli axtarış işinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, borclu X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, işləmədiyi və imkanı olmadığı üçün icra sənədi üzrə tələbi icra etmədiyini, ödəniş etmədiyini, adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını, ödənişi hissə-hissə yerinə yetirəcəyini bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə borclu X3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1748/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokolu baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(011)-2945/2023 saylı qərarı ilə borclu X6 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Bakı Apellyasiya məhkəməsi (hakim: İ.Murğuzov) xx.xx.2023-ci il tarixdə, 3(103)-1724/2023 nömrəli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin borclu-cavabdeh X3 barəsində olan xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Tahir Teymurov xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Şöbəsinə ərizə verərək cavabdeh-borclu X3 qanuni qüvvəyə minmiş 2(011)-1748/2022 nömrəli 06 iyul 2022-ci il tarixli icra vərəqəsini qərəzli icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması barədə müvafiq təqdimat verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)- 4537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2367/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs X8 şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(011)-4537/2023 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)- 862/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qəbzlə X6 tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon icra şöbəsinə 800 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə tələbkar T.T. Teymurovun hesabına köçürülmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, Tahir Teymurova xx.xx.2023-cü il tarixdə - 800 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il taixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 150 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, ümumilikdə 2050 manat məbləğində pul vəsaitləri ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X11, 67 (altmış yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə və Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir, icra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir, Bakı şəhəri Yasamal icra şöbəsi xx.xx.2023cü il tarixdə ilə borclu X6 barəsində axtarış elan edilməsinə dair qərar qəbul etmişdir, xx.xx.2022-ci il tarixdə icra sənədi Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir və hazırda Xətai rayon icra şöbəsinin icra məmuru Orxan İsrafilovun icraatındadır, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən borclu X4 xəbərdarlıq ünvanlanmış, Bakı şəhəri Yasamal rayon Polis idarəsinə borclu X6 barəsində olan axtarış tədbirlərinin surətləndirilməsi üçün tədbirlər görülməsi barədə məktubla müraciət edilmiş, borclu X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə təhvil verildikdən sonra onun izahatı alınmış, borclu X3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1748/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokolu baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(011)-2945/2023 saylı qərarı ilə borclu X6 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir, həmçinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı və borclunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə 800 (səkkiz yüz) manat məbləğin ödənilməsi, bundan əlavə Tahir Teymurova xx.xx.2023-cü il tarixdə - 800 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il taixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 150 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, ümumilikdə 2050 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin edilmişdir, Məhkəmə, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən borcluya xəbərdarlıq ünvanlanmış, axtarış nəticəsində tapıdıqdan sonra izahatı alınmaqla icra sənədini icra etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndərilmiş, bundan sonra borclu tərəfindən icra sənədi üzrə ümumi öhdəlikdən 2050 manat məbləğin ödənilməsi təmin edilmişdir, hazırda da icra işi davam etdirilir, icra məmuru Orxan İsrafilovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X8 “Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-1748/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon İcra Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsi” barədə şikayəti rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar