Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-31/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5087/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 3797.40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün İcra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün “Elektron İcra” sisteminə sorğular edilmiş borclunun heç bir əmlakı aşkar edilməmişdir. Hal-hazırda 3797.40 manat borc mövcuddur. Təqdimatda Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin Borclu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, işi ilə əlaqədar ısamüddətlik Türkiyə Respublikasına gedir, ayın 8-nə bileti alınmışdır. Bu işlə bağlı tərəfindən apellyasiya şikayəti verilmişdir. Ora işləməyə gedir, orada da olsa da ödəniş edəcəkdir. Qeyd olunanlara əsasən, borclu ölkədən çıxışına məhdudiyyət qoyulmamasını xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)- 5087/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 3797.40 manat məbləğində pul vəsaiti və 57.40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Borclu tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5087/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı borclu tərəfindən mübahisələndirildiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5087/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi hələ qüvvəyə minmədiyinə görə həmin qətnamənin icrası qaydasında verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-31/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-31/2024
07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver